![]() |
çap et |
|
|||
Son 6 il ərzində dünyada yüngül və atıcı silahların leqal satışı təxminən 3 milyard dollar artıb. BMT-nin rəsmi hesabatına istinadən SİA xəbər verir ki, bu halda bazarın real həcmi 4 milyard dolları keçir. Bu nəticəyə 53 ölkənin gömrük xidmətlərinin verdiyi məlumatlar əsasında gəlinib.
Hesabatda deyilir ki, silahın fərdi növlərinin artmasında əsas məsuliyyət yenə də ABŞ-ın üzərinə düşür. "ABŞ dünyada silah bazarını tənzimləməkdə davam edir. Bu ölkə tapança, revolver, ov silahları və kiçikçaplı hərbi sursat idxal edən ən böyük ölkədir", - deyə BMT-nin mətbuat xidməti bildirib. Bundan başqa, il ərzində daxili bazarında silahların həcminin 100 milyon dolları keçən ölkələr İtaliya, Almaniya, Avstriya və Belçikadır. Ən çox silah alan ölkələr isə ABŞ, Almaniya, Səudiyyə Ərəbistanı və Kiprdir. |