çap et  
Pakistan generalları Azərbaycana gələcək
Şənbə, 11.07.2009


Bu ayın sonlarında Pakistan Silahlı Qüvvələrinin müxtəlif strukturlarının və müdafiə sənayesinin rəhbər şəxslərinin Azərbaycana səfəri gözlənir. "Ayna"ya verilən bilgiyə görə, səfər çərçivəsində Pakistanla Azərbaycan arasında hərbi əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri müzakirə ediləcək.

Ölkəmizə təşrif buyuracaq şəxslər arasında Pakistan Müdafiə Nazirliyi katibi, Hərbi Dəniz Qüvvələri komandanı admiral Noman Noman Bəşir, Pakistan Birləşmiş Qərargahlar Komitəsinin rəhbəri general Tariq Məcid, müdafiə sənayesi obyektlərinin bir qrup nümayəndələri də var. Səfər çərçivəsində iki ölkə arasında 2009-2010-cu illər ərzində əməkdaşlığa dair sənədlər imzalanacaq.