Hal-hazırda Ayna qəzetinin 11.07.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 11.07.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
"Yüz minlərlə soydaşımızın Ermənistana qayıtmaq hüququ bərpa olunmalıdır"
"Yüz minlərlə soydaşımızın Ermənistana qayıtmaq hüququ bərpa olunmalıdır"
Elsevər Məmmədov: "Sənədləri hazırlayırıq, Niderland parlamentində olan dostlarımız vasitəsilə məsələni qaldırmaq istəyirik"
Şənbə, 11.07.2009

C.Məzahiroğlu mətn ölçüsü  

Benilüks Azərbaycanlıları Konqresinin (BAK) yeni sədri Elsevər Məmmədovdur. On ildən çoxdur Niderland Krallığında yaşayır, bu dövlətin vətəndaşıdır. Əslən Qərbi Azərbaycandan olsa da, özü Gəncədə doğulub. Niderlanda ilk dəfə idmançı olaraq gedib, sonra Rotterdamda idman karyerası ilə bağlı təkliflər olub və bu ölkədə qalmağa qərar verib. Rotterdamda yaşayır. BAK-ın II qurultayında Sahil Qasımov istefa verdikdən sonra səs çoxluğu ilə konqresin sədri seçilib. Ondan Benilüks ölkələrində Azərbaycan diasporunun durumu barədə maraqlandıq.

- Soydaşlarımız arasında birlik yaratmaq çox çətin və məsuliyyətli işdir. Uzur illərdir Benilüksdəki təşkilatları birləşdirməyə çalışırıq. Biz hər kəsə dostluq təklif edirik, millət olaraq bir yerdə cəmləşmək istədiyimizi bəyan edirik. Bir millətin övladlarının doğma Vətəndən min kilometrlərlə uzaqda pərakəndə halda qalmasının düşməndən başqa kimə faydası ola bilər?

Yəqin ki, bir sıra "yahoogrour"larda və müxtəlif saytlarda BAK haqda, konqresin üzvləri haqda yazılanlara rast gəlmişsiniz. Yazsınlar, bu bizi bir o qədər də maraqlandırmır. Köhnə bayatılardır. Bizi narahat edən soydaşlarımız arasında dağıdıcılıq fəaliyyəti ilə məşğul olanlardır. Baxın bu fikirlər məndən əvvəlki sədr Sahil Qasımov tərəfindən də dəfələrlə səslənib, mən də BAK-ın hazırkı sədri olaraq həm Azərbaycanda, həm də xaricdə soydaşlarımız tərəfindən ən çox oxunan qəzetiniz vasitəsilə Benilüks ölkələrində Vətənimizin maraqları naminə fəaliyyət göstərən bütün təşkilatların rəhbərlərinə və üzvlərinə dostluq əlimi uzadır, hər kəsə əməkdaşlıq təklif edirəm.

Bizim bir amalımız var: torpaqlarımız işğaldan azad olsun, Avropa ictimaiyyəti, Benilüks ölkələri parlamentləri 26 Fevralı Xocalı soyqırımını rəsmi olaraq soyqırım aktı olaraq tanısın. Başadüşüləndir, Avropada və ümumiyyətlə, bugünkü kimi ikili standartlar tətbiq edildiyi şəraitdə bu hədəflərə çatmaq çox çətindir.

REKLAM

Amma inanın, Benilüksdə yaşayan 10 minlərcə soydaşımız həmrəy olsa, bu hədəfə bir zaman çatmaq mümkün olacaq. Biz həmrəylik, əməkdaşlıq, qardaşlıq təklif edirik, amma bizi Azərbaycandakı hakimiyyətin tərəfdarları olaraq ittiham edirlər.

- Diaspor təşkilatları arasında siyasi əqidəyə görə parçalanma faktoru müxtəlif saytlarda mübahisə predmetidir. Siz YAP və ya müxalifət tərəfdarı olan təşkilatlarla necə əməkdaşlıq etmək istəyirsiniz?

- Kimin YAP tərəfdarı, kimin cəbhəçi, kimin müsavatçı olmağının düşmənə qarşı mübarizədə nə maneçiliyi ola bilər? Biz kimisə siyasi əqidəsinə görə ittiham etmirik. Hər kəsin bir siyasi əqidəsi var, biz də öz siyasi əqidəmizi rəsmi olaraq açıqlamışıq, hətta internet saytımızda yerləşdirmişik.

Baxın Azərbaycan siyasi mühitində bütün siyasi partiyalar düşmən erməni çevrələri ilə mübarizəyə eyni ampluadan yanaşır. Biz isə siyasi partiya deyilik, diaspor təşkilatıyıq. Bizim işimiz Azərbaycanın torpaqlarının işğalı, Xocalıda soyqırım aktı, xalqımızın tarixi-mədəni irsi haqda Avropada informasiya yaymaq, qədim mədəniyyətimizi təbliğ etməkdən ibarət olmalıdır. Yuxarıda sadaladığımızı həyata keçirmək üçün hansısa siyasi əqidəyə malik olmalısan? Siyasi əqidənin bu işlərə heç bir aidiyyəti yoxdur.

Bütün bunlara rəğmən yenə də çalışacağıq ki, soydaşlarımız arasında birlik əldə edək. BAK-a daxil olmayan bir sıra təşkilatlar var ki, sıx əməkdaşlıq edirik. Amma hələ də bəzi qruplar ara qarışdırmaqla məşğuldur.

- Yaxın zamanlar üçün hansı önəmli layihəniz var?

- BAK daxilində bu günlərdə iki təşkilat yaranıb. Bunlardan biri Qərbi Azərbaycandan deportasiya edilmiş soydaşlarımızın hüquqlarını müdafiə komitəsidir. Bilirsiniz, 1948-53-cü illərdə Ermənistandan yüz minlərlə soydaşımız məcburi çıxarılıb. Həmin dövrün deportasiyası ilə bağlı Gürcüstan AŞ PA qarşısında öhdəlik götürüb və hətta Axıska türklərinin Gürcüstana qayıtmaq hüquqları tanınıb. Bəs yüz minlərlə soydaşımızın hüququ niyə bərpa olunmur?

Biz bütün sənədləri toplayırıq, hüquqşünaslarımız müvafiq sənədlər hazırlayır. İlkin olaraq Niderland parlamentindən olan dostlarımız vasitəsilə problemi qaldırmaq istəyirik. Azərbaycan parlamentində bu yöndə fəaliyyət göstərən millət vəkilləri və dövlət təşkilatları ilə fəaliyyəti koordinasiya etməyi planlaşdırırıq. Əlaqəli fəaliyyət üçün Azərbaycandakı daimi nümayəndəmiz Tale Həsənov MM-in bir sıra üzvləri ilə görüşüb və razılıq əldə edib.

Bundan əlavə, BAK daxilində Dağlıq Qarabağ Azərbaycanlı İcmasının Benilüksdəki nümayəndəliyini yaratmışıq. Birgə fəaliyyət göstərmək üçün Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin rəhbəri Bayram Səfərova və birliyin İdarə Heyətinə əməkdaşlıq haqda rəsmi məktub yazmışıq. Birliyin Avropada aparmaq istədiyi təbliğatı Benilüks ölkələrində reallaşdırmağa hazırıq. Lazım olan təqdirdə Niderland və Belçika Krallıqlarında müəyyən tədbirlər də keçirə bilərik.

- Sizin mətbu orqan fəaliyyət göstərirmi?

- BAK-ın rəsmi mətbu orqanı "Azerbaiyan Benelux News" qəzeti ayda bir dəfə olmaqla Azərbaycanda çap olunur və Amsterdam şəhərinə çatdırılır. Buradan isə Benilüks ölkələrindəki müəyyən ünvanlarda yaşayan soydaşlarımıza göndərilir. Adətən ana dilimizdə çap olunan qəzetimizdə siyasətdən daha çox mədəni tarixi irsimiz, silahlı qüvvələrimiz barədə məlumatlar dərc olunur. Gənclərimizin assimilyasiyasının az da olsa qarşısını almaq üçün milli mentalitetimiz, tariximizin şanlı səhifələri haqda məqalələrlə təbliğat işləri aparılır. Qəzetin fevral sayı bir qayda olaraq ingilis, flamand dillərində Xocalı soyqırımına həsr edilmiş xüsusi buraxılışda çap olunur və burdan Avropa və Benilüks ölkələri parlamentlərinin nümayəndələrinə, dövlət orqanları və qeyri-hökumət təşkilatlarına, tələbə soydaşlarımız vasitəsilə ali təhsil ocaqlarına, müəllim-tələbə heyətinə paylanır.

Qəzet hazırda maliyyə problemləri üzündən 3 aydır fəaliyyətini dayandırıb. Aparılan işlər sayəsində yaxın aylarda qəzetin mütəmadi çapı gözlənir.

- Qeyd edirsiniz ki, diasporun işi təbliğat aparmaqdır. İndiki halda KİV-siz nə fəaliyyət ola bilər?

- Qəzet hər zaman yalnız BAK-ın maddi vəsaiti ilə çap olunub.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1 - 2
Bölmənin digər xəbərləri
 
Azərbaycanın ordu islahatları NATO-da müzakirə ediləcək
Müdafiə Nazirliyində "gərginlik"ə səbəb olan islahat hansıdır?

Pakistan generalları Azərbaycana gələcək
Bu ayın sonlarında Pakistan Silahlı Qüvvələrinin müxtəlif strukturlarının və müdafiə sənayesinin rəhbər şəxslərinin Azərbaycana səfəri gözlənir.

Türkiyə Naxçıvandakı hərbi hissələrə yardım göstərəcək
İyulun 8-də NMR Ali Məclisinin sədri Vasif Talıbov Türkiyə Silahlı Qüvvələrinin bir qrup yüksəkrütbəli zabiti ilə görüşüb.

Dünyada silah satışı artıb
Son 6 il ərzində dünyada yüngül və atıcı silahların leqal satışı təxminən 3 milyard dollar artıb.

ABŞ Polşa və Çexiyada RƏM quraşdırmayacaq
ABŞ raket əleyhinə qurğuların Polşa və Çexiyada quraşdırılmasından imtina edib.

"Avropa Birliyinin gündəmində genişlənmə planı yoxdur"
Avropa Komissiyası rəsmisi AB-nin hazırda əməkdaşlıq etdiyi ölkələrin gələcəkdə birliyə üzv olacaqlarını da istisna etmir

Sincanda uyğur türkləri irqçi hücumların hədəfində
Onlara tutulan qanlı divan bizə 20 Yanvarı xatırlatdı

Vasitəçilər sülhün uzaqda olmadığını söylədilər
ABŞ, Rusiya və Fransa prezidentləri isə tərəfləri baza prinsiplərini qəbul etməyə çağırdılar



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər