Hal-hazırda Ayna qəzetinin 11.07.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 11.07.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İqtisadiyyat  
 
 
Ölkənin iqtisadi inkişaf modeli hazırlanır
Prosesə Harvard və Oksford universitetlərinin ekspertləri cəlb edilir
Şənbə, 11.07.2009

Aynurə mətn ölçüsü  

Azərbaycanın iqtisadi inkişaf modeli hazırlanır. Bu işi İqtisadi və Sosial İnkişaf Mərkəzi (İSİM) təbii resurslardan daha səmərəli istifadə edilməsi məqsədi ilə görür. Modeldə neft gəlirlərindən səmərəli istifadə variantları eknomotrik hesablamalar əsasında qurulacaq. Asiya İnkişaf Bankı tərəfindən dəstəklənən layihənin icrasına iyulun 1-dən başlanıb.

Asiya İnkişaf Bankı (AİB) bu ildən Mərkəzi Asiya regional iqtisadi əməkdaşlıq proqramını (CAREC) həyata keçirməyə başlayıb. Proqram çərçivəsində bank 8 ölkənin aparıcı tədqiqat qurumlarına dəstək vermək qərarına gəlib. Bu işdə İİN ilə birbaşa əməkdaşlıq edən AİB Azərbaycanda İSİM-lə əməkdaşlıq etmək qərarına gəlib. Buna görə də, yeni elan edilən proqramda Azərbaycandan yalnız İSİM iştirak hüququna malik olub. 3 il müddəti əhatə edəcək proqramın sonrakı mərhələsində İİN yanındakı İqtisadi İslahatlar İnstitutunun da iştirak hüququ qazanacağı güman edilir. Çünki CAREC ölkələrinin hər birindən 2 tədqiqat mərkəzi bu proqrama cəlb edilib. Ona görə də, Azərbaycandan tədqiqata daha bir mərkəzin də cəlb ediləcəyi gözlənir.

İSİM idarə heyətinin sədri Vüqar Bayramovun qənaətincə, AİB-in vətəndaş cəmiyyəti institutları olan tədqiqat mərkəzləri ilə sıx əməkdaşlığı müsbət qiymətləndirilməlidir: "Praktik olaraq bu bank işlədiyi ölkələrin iqtisadi inkişafına hərtərəfli köməklik etmək imkanı verir".

Proqram çərçivəsində təbii ehtiyatlardan daha səmərəli istifadə edilməsi məqsədilə iqtisadi inkişaf modeli hazırlanacaq. Vüqar Bayramov: "Modelin hazırlanması üçün 3 hipotezdən istifadə ediləcək. Daimi Gəlir Hipotezi (DGİ) əsas hipotez kimi tətbiq olunacaq. Bu modellə Azərbaycanın neft gəlirlərindən səmərəlilik prinsipləri qiymətləndiriləcək və neft pullarından hazırlanmış eknometrik model əsasında istifadə təklif ediləcək".

Vüqar Bayramov onu da vurğuladı ki, proqram çərçivəsində gerçək vəziyyət qiymətləndiriləcək və həm hökumət məmurları, həm də ekspertlər ilə sorğu aparılacaq.

Modelin gələn il Azərbaycan hökumətinə təqdim edilməsi nəzərdə tutulur: "İnanırıq ki, bizim tədqiqatlarımızdan istifadə ediləcək. Məqsəd ölkədə dayanıqlı iqtisadi inkişafa nail olmaqdır. İSİM-in hazırladığı antiböhran konsepsiyası layihəsində yer alan təkliflərin bəzilərinin hökumət tərəfindən qəbul edilməsi iqtisadi inkişaf modelinin də nəzərə alınacağına inam yaradır".

İSİM rəhbərinin sözlərinə görə, Asiya İnkişaf Bankı CAREC ölkələrində həyata keçiriləcək proqramların daha keyfiyyətli icrasının təşkili məqsədilə dünyanın 5 aparıcı universitetini prosesə cəlb edib: "Proqramda iştirak edən tədqiqat qurumlarının ABŞ-ın Harvard, İngiltərənin Oksford və Kembric, Avstraliyanın Nyukasl və Belçikanın Fri universitetləri ilə əməkdaşlıq imkanları var. İSİM bu proqram çərçivəsində Harvard və Oksford universitetlerinin ekspertləri ilə əməkdaşlıq etmək niyyətindədir. İqtisadi modellər hazırlamaq sahəsində sözügedən universitetlərin təcrübəsi daha yüksək olduğundan onların potensialından istifadə daha mükəmməl model hazırlamağa imkan verə bilər. Bununla yanaşı, AİB-nin ekspert potensialından da istifadə ediləcək. Praktik olaraq modeli İSİM ekspertləri xarici professorlar ilə birlikdə hazırlayacaq".

Əlavə edilir ki, yaxın vaxtlarda regionun digər aparıcı tədqiqat qurumları ilə bir araya gəlinəcək. Məqsəd iqtisadi proqramların hazırlanmasında təcrübə mübadiləsidir. İSİM proqram çərçivəsində əsasən Qazaxıstanın tədqiqat qurumları ilə əməkdaşlıq edir.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
Sosial ipoteka üçün 14 milyondan cəmi 2 milyon manat ayrılıb
Bu vəsaitə bazar qiymətlərinə uyğun cəmi 200-250 mənzil almaq olar

Qazın bahalaşması: Tarif Şurasının araşdırması əsassız sayılır
Əhalinin alıcılıq qabiliyyəti düzgün optimallaşdırılsaydı, qiymətləri ucuzlaşdırmaq qərarı verilməli idi



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Buraxılış imtahanları: qaydalarda dəyişiklik edilir

Buraxılış imtahanları: qaydalarda dəyişiklik edilir


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Bizə Avropa bazarlarında "yaşıl işıq"

Bizə Avropa bazarlarında "yaşıl işıq"


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər