Hal-hazırda Ayna qəzetinin 11.07.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 11.07.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İqtisadiyyat  
 
 
Qazın bahalaşması: Tarif Şurasının araşdırması əsassız sayılır
Qazın bahalaşması: Tarif Şurasının araşdırması əsassız sayılır
Əhalinin alıcılıq qabiliyyəti düzgün optimallaşdırılsaydı, qiymətləri ucuzlaşdırmaq qərarı verilməli idi
Şənbə, 11.07.2009

Aynurə Əhmədova mətn ölçüsü  

Tarif Şurasının qərarı ilə 2009-cu il iyul ayının 1-dən etibarən əhali istehlakçı qrupuna satılan qazın hər 1000 kubmetrinin qiymətinin 2 dəfədən çox artırılaraq 100 manat həddində müəyyənləşdirilməsi, bundan bir gün sonra dövlət başçısının sərəncamı ilə "Azəriqaz" qapalı səhmdar cəmiyyəti ləğv edilərək Azərbaycan Dövlət Neft Şirkətinin tabeliyinə verilməsi toplumda hələ də müzakirə mövzusu olaraq qalır. Bu dəyişiklik Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının ekspertləri tərəfindən də öyrənilərək bazar iqtisadiyyatının tələbləri, səmərəli idarəetmə, şəffaflıq, hesabatlılıq prinsipləri baxımından qiymətləndirilmişdir.

Deyilir ki, birincisi, Tarif Şurası haqqında əsasnamənin 2.1.9-cu bəndinə görə, qiymətlərin dövlət tənzimlənməsi üzrə həyata keçirilən işlər barədə KİV-ə tənzimləmənin zəruriliyi, məqsədi və mümkün nəticələri barədə düzgün məlumat verilməlidir. Bu məlumatlar əvvəlcədən çatdırılmalıdır ki, əhali istehlakçı qrupu ailə büdcəsinin planlaşdırılmasında və eyni zamanda, o zamana qədər olan borcların ödənilməsində bunları nəzərə alsın. Lakin bu proses gizli aparılmaqla aşkarlıq pozulub, qabaqcadan ictimai məlumatlandırma öhdəliyi yerinə yetirilməyib. Koalisiya hesab edir ki, əsasnamənin bu maddəsinin tələbləri tam şəkildə yerinə yetirilməyib, bu prosesin şəffaflığı pozulmuş və eyni zamanda, tənzimləmənin məqsədləri və mümkün nəticələri barədə əhali istehlakçı qrupu vaxtında və düzgün məlumatlandırılmayıb.

Əsasnamənin 3.1.5. bəndinə görə, qiymətlərin iqtisadi cəhətdən əsaslılığını, səmərəliliyini, bazarın tələbləri və əhalinin alıcılıq qabiliyyəti baxımından optimallığını müəyyənləşdirmək üçün araşdırmalar və təhlillər aparılmalıdır. Koalisiya hesab edir ki, əsasnamənin bu maddəsinin tələbləri də pozulmuş, təhlil və araşdırmalar səthi aparılmış və hətta bu nəticələr belə qiymət bahalaşması ilə bağlı qərarın əsaslandırılmasında nəzərə alınmayıb. Belə ki, qlobal maliyyə böhranının bizim iqtisadiyyata neqativ təsirlərinin nəticəsi olaraq xüsusilə də mədən sənayesində iş yerlərinin ixtisarı, işləyənlərin ödənişsiz məzuniyyətə göndərilməsi, əməkhaqlarının gecikdirilməsi və aşağı salınması halları müşahidə olunmuş və bu hal metallurgiya və kimya sənayesində kütləvi xarakter almışdır. Eyni proseslər emal sənayesində, tikinti biznesində də müşahidə olunduğundan bu bütövlükdə ölkə üzrə əhalinin alıcılıq qabliyyətinin kəskin şəkildə aşağı düşməsini şərtləndirib. Bu isə onu deməyə əsas verir ki, əsasnamə tələblərinə uyğun olaraq əhalinin alıcılıq qabiliyyəti düzgün optimallaşdırılsaydı, son nəticədə qiymətlərin bahalaşması deyil, onun ucuzlaşması barədə qərar verilməli idi.

Tarif Şurasının məlum qərarının ardınca "Azəriqaz" QSC-nin ləğvi və onun ARDNŞ-yə birləşdirilməsi ilə bağlı prezident sərəncamı da Koalisiya ekspertləri tərəfindən islahatlar, hesabatlılıq və şəffaflıq baxımından qiymətləndirilib.

Gəlinən rəyə görə, bu sərəncam enerji sektorunda islahatlar proqramına ziddir və bu sektorun yenidən qurulması işində əsaslı əngəldir. Odur ki, koalisiya bu birləşməni ziyanlı sayır və geriyə addım kimi qiymətləndirir. Koalisiya hesab edir ki, enerji sektorunda fəaliyyət göstərən dövlət müəssisələrinin islahatlarının əsas qayəsini hər bir qurumun ("Azəriqaz", "Azərenerji", ARDNŞ) ayrıca yenidən strukturlaşması və hər bir istiqamət üzrə hasilat, emal və satış şəbəkələrinin müstəqil təsərrüfat vahidləri olaraq korporativ şəkildə idarə edilməsi təşkil etməlidir. Bu halda həmin sektorların müxtəlif mərhələləri (hasilat, emal və satış) üzrə beynəlxalq standartlara uyğun gələn uçot, hesabat və audit işinin təşkili, eləcə də səmərəli idarəetmə modelinin tətbiqi yolu ilə şəffaflığın, hesabatlılığın artırılması mümkündür.

Koalisiya hazırkı qaydada birləşmənin mədən sənayesində şəffaf və hesabatlı uçot və statistika sisteminin təşkilində problemlər yaradacağından dərin narahatlıq ifadə edir. Bütün bunlara əsasən, Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası olaraq Azərbaycan prezidentindən bu narahatlığı nəzərə almağı və öz səlahiyyətlərindən istifadə edərək qazın qiymətinə və birləşmə məsələsinə yenidən baxmağı xahiş edir.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Qazın qiymət artımı narazılıq yaradıb

Qazın qiyməti bahalaşdı: ekspertlər nə deyir?

Bölmənin digər xəbərləri
 
Sosial ipoteka üçün 14 milyondan cəmi 2 milyon manat ayrılıb
Bu vəsaitə bazar qiymətlərinə uyğun cəmi 200-250 mənzil almaq olar

Ölkənin iqtisadi inkişaf modeli hazırlanır
Prosesə Harvard və Oksford universitetlərinin ekspertləri cəlb edilir



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər