çap et  
Namiq Abdullayevi yola salmaq lazımdır
Şənbə, 11.07.2009


Sərbəst güləş üzrə olimpiya çempionu Namiq Abdullayev yaxın günlərdə idman karyerasını başa vura bilər. Hər halda, 2000-ci il Yay Olimpiya Oyunları qalibinin iyulun 17-də Bakı İdman Sarayında başlanacaq güləş üzrə Qızıl Qran-pri turnirinin final mərhələsində iştirak etməyəcəyi dəqiqdir. Bu barədə jurnalistlərə Azərbaycan milli komandasının baş məşqçisi Maqomedxan Aratsilov məlumat verib.

Dağıstanlı mütəxəssis bildirib ki, Namiq Abdullayevin xidmətləri nəinki Azərbaycan, hətta dünya idmanı üçün yetərlidir: "Namiq bir dəfə olimpiya çempionu, bir dəfə olimpiya mükafatçısı olub. Artıq 38 yaşı var. Məşqçilər heyətinin mövqeyi belədir ki, onu alqışlarla, böyük ehtiramla, bir sözlə, layiqincə böyük idmandan yola salmaq lazımdır".