İtaliyanın "Milan" klubunun rəhbərliyi braziliyalı futbolçu Ronaldinyodan pəhrizə ciddi əməl etməyi tələb edib.
İtaliya mətbuatının yazdığına görə, hücumameyilli yarımmüdafiəçi komandasının məşq bazasına artıq çəki ilə gəlib. Ronaldinyo məşq zamanı səylə və intensiv çalışsa da, ağır çəki nəzərə çarpıb. Komandanın baş məşqçisi Leonardo və fiziki hazırlıq üzrə məşqçi Daniele Tonyaççini onun üçün xüsusi proqram tərtib ediblər. Bu proqram Ronaldinyonun ən azı 4 kq artıq çəki salmasını nəzərdə tutur. Ulduz futbolçu karyerasında ilk dəfə deyil pəhrizə əməl etmir. 2006-2007-cı illər mövsümündə Ronaldinyo üçün "Barselona"nın həkimləri də çəkisalma planı tərtib eləmişdilər.