Hal-hazırda Ayna qəzetinin 11.07.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 11.07.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İdman  
 
 
Ərizələr UEFA-ya göndərildi
Ərizələr UEFA-ya göndərildi
"Bakı" və "Qarabağ" sifariş vərəqələrini ali futbol qurumuna göndərib
Şənbə, 11.07.2009

İlham
İlham
mətn ölçüsü  

"Bakı" və "Qarabağ" futbol klubları Avrokuboklarda iştirak üçün UEFA-ya sifariş vərəqələri göndərib. Peşəkar Futbol Liqasının məlumatına görə, "Bakı" Çempionlar Liqasının ikinci təsnifat mərhələsi üçün 25, Ağdam təmsilçisi isə Avroliqanın təsnifat mərhələsi üçün 22 futbolçunun adını sifariş vərəqəsinə daxil edib.

Mövsümlərarası fasilədə "Bakı"nın transfer etdiyi 5 futbolçudan yalnız braziliyalı müdafiəçi Barboza kənarda qalıb. 2 nömrəli formanı geyinən bu legionerin transfer vərəqi hələ də gəlməyib. Əvəzində komandanın 17 yaşlı istedadlı futbolçusu Rəhman Hacıyev Çempionlar Liqası kimi nüfuzlu turnirdə özünü göstərmək imkanı qazanıb.

Yeri gəlmişkən, Çempionlar Liqasında Litva çempionu "Ekranas"a qarşı oyuna hazırlaşan "Bakı" Sloveniyada təlim-məşq toplanışını başa vurub. Komandanın Avropa hazırlığı çox səmərəli olub. Bir neçə transferi reallaşdırmaqla yanaşı, "Bakı" Xorvatiyanın "Hayduk", "Rieka", Sloveniyanın "Olimpiya", Avstriyanın "Kapfenberq" komandaları ilə yoxlama görüşləri də keçirib.

"Qarabağ"da isə gözlənildiyi kimi, komandanın əsas hücumçularından biri Zaur Ramazanovun adı iştirak ərizəsinə salınmayıb. Səhhətində problem yaranan 33 yaşlı futbolçu Bakıda müalicə olunur və komandanın Türkiyə hazırlığına qatılmayıb. Milli komandamızın 27 yaşlı kapitanı Rəşad Sadıqovun Avroliqa oyunlarında "Qarabağ"a kömək edəcəyi aydın olub. Türkiyə Futbol Federasiyası onun transfer vərəqini vaxtında göndərdiyindən müdafiəçinin sifariş olunmasında çətinlik yaranmayıb. "Qarabağ" baş məşqçi Qurban Qurbanovun rəhbərliyi altında Türkiyədə, Qızılcahamamda hazırlığı davam etdirir.

"Bakı" Avrokubokların yeni mövsümündə Litvanın "Ekranas", "Qarabağ" isə Norveçin "Rusenborq" klubu ilə qarşılaşacaq. Komandalarımızın hər ikisi gələn həftə ilk görüşlərini səfərdə keçirəcək. "Rusenborq" - "Qarabağ" matçı iyulun 16-da Oslonun "Trondheym"stadionunda, Bakı vaxtı ilə 22.00-da keçiriləcək.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Vaqif Sadıqov: "Xarici siyasətimizdə prioritetlər dəyişməyib, amma siyahı genişlənib"

Bölmənin digər xəbərləri
 
"Avropanın fəthi" başlanmamış bitdi
"İnter" və "Simurğ" Azərbaycan futbolunun imicinə xələl gətirdilər

Püşkatma kimə nə vəd edir?
"Bakı" növbəti rəqibinin adını daha tez öyrənə bilər

Azərbaycan - Almaniya matçı canlı yayımda
Dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində Azərbaycan və Almaniya yığmaları arasında matç canlı yayımlanacaq.

Cansun "flaqman"ı tərk etdi
Ötən il "Neftçi" klubuna transfer olunan türkiyəli futbolçu Əli Cansun yeni mövsümdən komandanın formasını geyməyəcək.

Türkmənistan millisinin qapıçısı "Neftçi"də
"Neftçi" Türkiyənin İzmit şəhərindəki "Kartepe" mərkəzində təlim-məşq toplanışını davam etdirir.

Ronaldinyonu dietaya "oturtdular"
İtaliyanın "Milan" klubunun rəhbərliyi braziliyalı futbolçu Ronaldinyodan pəhrizə ciddi əməl etməyi tələb edib.

Namiq Abdullayevi yola salmaq lazımdır
Sərbəst güləş üzrə olimpiya çempionu Namiq Abdullayev yaxın günlərdə idman karyerasını başa vura bilər.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər