Hal-hazırda Ayna qəzetinin 11.07.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 11.07.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Güney  
 
 
Yerevan yeni səfirini təyin etdi
Bu diplomat əslən təbrizlidir
Şənbə, 11.07.2009

S.Sədi
S.Sədi
mətn ölçüsü  

İran-Ermənistan əlaqələri daha da istiləşməkdədir. İran ərzaq məhsullarının srağagün İrəvanda 11-ci sərgisi açılıb. İRNA-nın xəbərinə görə, tədbirdə İranın İrəvan səfiri və Ermənistan rəhbərləri iştirak ediblər.

Sərginin təşkilatçısı İran-Ermənistan ticarət palatasıdır. Orada İslam Respublikasının onlarca şirkəti ərzaq məhsulları ilə yanaşı, istehsal etdikləri ağac emalı, məişət avadanlığı, bitkilərdən hazırlanmış dərmanlar, habelə kimya məhsullarını sərgiləyib.

Ermənistanın energetika naziri, İran - Ermənistan iqtisadi-ticarət birgə komissiyasının erməni tərəfdən sədri, Armen Movsisyan tədbirin açılışında deyib ki, bu sayaq sərgilər iki ölkə arasında sərmayə qoyuluşu və ticarət əlaqələrinin genişlənməsinə yardım edir. Nazir bildirib ki, İranla Ermənistan arasında iqtisadi-ticari əlaqələr daim genişlənməkdədir. Ötən il bu sahədə əməkdaşlıq 250 milyon dollardan artıq olub. Tərəflər bu rəqəmi yarım milyard dollara çatdırmaq istiqamətində çalışır.

Yeri gəlmişkən, Serj Sarkisyanın imzaladığı fərmana əsasən, Karen Nazaryan İslam Respublikasında səfir vəzifəsindən azad edilib. Başqa fərmanla bu vəzifəyə Qrikor Arakelyan təyin olunub. Yeni səfir 1948-ci il martın 14-də Təbrizdə anadan olub. O, İrəvan Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirib. 1992-ci ildə ölkəsinin Xarici İşlər Nazirliyində, 1996-99-cu illərdə isə İrandakı səfirlikdə müşavir vəzifəsində çalışıb. 2007-2009-cu illərdə isə İrəvanın Tehran səfirliyində fövqəladə səfir və səlahiyyətli nazir kimi çalışıb. Bu məlumatı erməni xəbər agentlikləri yayıb.

Onlar Qrikor Arakelyanın Təbrizdə (rusca Tebriz) deyil, "Tavriz"də doğulduğunu yazıblar. Çünki farslar da uzun illərdir Təbrizin məhz bu transkripsiyada yazılışında çaba göstərməkdədir. Bununla ermənilər Təbrizə olan iddialarını gizlətmirlər. Elə paniranistlər, panfarsistlərlə erməniləri də birləşdirən bəzilərin önəm vermədiyi bu sayaq hoqqabazlıqlardır.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
Babək qalasına gedən yollar yenə bağlandı
Dağ yolunda velosiped yarışı və hərbi təlimlər

Əhmədinijat uçan kəpənəyi tuta bilmədi
İran ABŞ-dan 500-600 milyon dollarlıq düyü almağı planlaşdırır



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər