Hal-hazırda Ayna qəzetinin 11.07.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 11.07.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Mədəniyyət  
 
 
Azərbaycanlı sevgilisi Ebru Gündəşə qadağa qoyub
Azərbaycanlı sevgilisi Ebru Gündəşə qadağa qoyub
Müğənninin keçmiş sevgilisi ilə ayrılmağının səbəbi bəlli oldu
Şənbə, 11.07.2009

Xatun mətn ölçüsü  

Türkiyəli sənətçi Ebru Gündəş Türkiyənin Star televiziyasının layihəsi olan "Popstar Alaturka"nın münsiflər heyətində iştirak edərkən aparıcısı Osmantan Ərkırla isti münasibətdə idi. Lakin qısa zaman kəsiyində onların ayrılıq xəbəri yayıldı.

Türk mətbuatının ötən gün yazdığı xəbərə görə, Ebrunun keçmiş sevgilisi ilə eyni proqrama çıxmamasına səbəb indiki azərbaycanlı sevgilisi Rza Zərrabdır. Xatırladaq ki, artıq bir neçə aydır onların birlikdə olduğu deyilir.

Yaradıcılığının ritmini zəiflədən Ebrunun adı hər həftə bir ölkənin istirahət mərkəzindən çəkilir. Lakin müğənni maqazin proqramlarına bağlananda şəxsi həyatına dair bir kəlmə də olsun danışmır. Hətta onları birlikdə görən də olmayıb. Hər bir addımını düşünərək atan Ebru Gündəş şəxsi həyatının gündəmə gəlməsini istəmir. Buna baxmayaraq onun haqqında söhbətlər səngimək bilmir.

Bu həftə adı yenidən müzakirəyə çıxarılan müğənni haqqında deyilir ki, azərbaycanlı Rza Zərrab vaxtilə Ebrunun Osmantanla bir proqramda olmağını istəməyib və eyni zamanda, sənətçi xanıma televiziyaçıya "yox" deməyi bildirib. Osmantanla Ebrunun ayrılması xəbəri isə bu ricanın havada qalmadığına işarədir.

Bu arada isə öyrəndik ki, azərbaycanlı sənətçilərin də qatıldığı "Popstar Alaturka" yarışması uzun aradan sonra yeni mövsümdə ekrana qayıdacaq. Proqram artıq "FOX TV"-dən ekranlara çıxacaq. Ebru Gündəşin keçmiş sevgilisi Osmantanın hazırladığı və aparıcılıq etdiyi proqramda kiçik dəyişiklik edilib. Belə ki, əvvəllər Ebru Gündəş, Bülənd Ərsoy, Ərmağan Çağlayan və Orxan Gəncəbaydan ibarət münsiflər heyətinin tərkibi dəyişib. Münasibətlərinin bitməsinə baxmayaraq Osmantan Ərkır Gündəşdən proqramda iştiraka davam etməsini istəyib. Ancaq Ebru keçmiş sevgilisinin təklifini rədd edib. Nəticədə Ərkır bu işi ünlü müğənni Sibel Cana təklif edib. İşlərinin çoxluğunu əsas gətirən Sibel Can da təklifi qəbul etməyib. Sonda Ebrunun boş qalan kürsüsündə Gülbən Ərgənin oturacağı bəlli olub.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
Ramiz Quliyev xarici ölkə orkestrləri ilə konsert verəcək
Tarzən MDB ölkələri auditoriyasına üz tutur

Oğuzda arxeoloqlar qizil maska tapiblar
Ölkənin şimal-qərbində yerləşən Oğuz rayonunun Kərimli kəndi yaxınlığındakı kurqanda Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeoloq Nəsib Muxtarovun başçılıq etdiyi ekspedisiyası buğa başının təsviri olan qızıl maska tapmışdır.

Münəvvər Rzayevanın heykəllər və büstlər dünyasından ştrixlər
Onların hamısında gözlərin ifadəliliyi obrazdan obraza nə qədər fərqliymiş

"Min bir gecə"nin daha bir cütlüyü gecə gəzməsində
Onlar 750 min dollara ev aldılar

Maykl Ceksonun vida mərasiminə 1,4 milyon dollar xərclənib
Pop kralı Maykl Ceksonun ölüm xəbəri milyonlarla insanı kədərləndirdi.

Könül Kərimova Brilyant Dadaşovadan keçə bilməyib
və Gülbən Ərgənə vəd etdiyi mahnını ona bağışlayıb

Komediya janrının tənəzzülü: təqsir həm də seyrçidədir
Çünki onları məntiqli, düşündürücü komediya cəlb etmir, ona bayağı gülüş, məsələn, aktyorun arvad paltarı geyinib göbək rəqsi oynaması daha maraqlıdır

"Yarımçıq əlyazma" Braziliyada çap olunub
Bir sıra ölkələrin naşirləri Kamal Abdullanın bu romanına maraq göstərir

85 yaşında da çox gənc qalan şairimiz
Hüseyn Arif sözü adamları dörd saat yerindən tərpənməyə qoymadı

"Mən nişanlı deyiləm"
Bakıda səfərdə olan Hadisə şəxsi həyatı ilə bağlı açıqlama verdi

Fəxriyyə Xələfova özü yaratdığı ətirə ad seçib
Modelyer xanımlara "Nuray"ı təqdim edəcək

Şayiələr Aygünlə Namiq Qaraçuxurlunu daha da mehribanlaşdırdı
Onlar birlikdə yay proqramı seçiblər



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər