Hal-hazırda Ayna qəzetinin 11.07.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 11.07.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Mədəniyyət  
 
 
Fəxriyyə Xələfova özü yaratdığı ətirə ad seçib
Fəxriyyə Xələfova özü yaratdığı ətirə ad seçib
Modelyer xanımlara "Nuray"ı təqdim edəcək
Şənbə, 11.07.2009

Xatun mətn ölçüsü  

 Onun adı və üzərində kimin əksinin yer alacağı maraq doğururdu. Özü buna aydınlıq gətirdi: "Düşündüm ki, ətriyyatın özü ilə yanaşı, gözəl də reklamı olmalıdır. Bir neçə ideyam var. Çox sevinirəm ki, indiyə qədər məni tanıyır və qəbul edirlər. Amma etiraf edim ki, hələ brendimi, reklamımı ifadəli şəkildə təqdim eləməmişəm. Əslində, buna zərurət də olmayıb. Mən geyim və ətriyyat istehsalçısı kimi təqdim ediləndə reklama ehtiyac olacaq. Hələlik zahiri görünüş baxımından bu imkanım var. Ona görə də ilk ətriyyatımın reklam sifəti özüm olacağam. Yaxın günlərdə təcrübə şəkilləri çəkdirəcəyəm".

Modelyer Fəxriyyə Xələfova sonuncu sözləri ilə bir qədər əvvəl yayılan xəbərə də aydınlıq gətirir. Ətriyyatın adı ilə bağlı üzərində "Eurovision-2009"un iştirakçısı Aysel Teymurzadənin əksinin yer alacağı barədə xəbərlər dolaşırdı. Lakin Fəxriyyə xanım bunların şayiədən ibarət olduğunu dilə gətirərək Ayselə belə bir təklif olmadığını bildirir.

Söhbətin davamını başqa istiqamətə yönəldən Fəxriyyə xanım deyir ki, İtaliya və ya Fransada çalışsaydı, bəlkə də, bəzi işlərinin ifadəsi çox fərqli olardı: "Bizdə qeyri-adi görüntülər o qədər də qəbul olunmur. Fəxriyyə Xələfovanın birdən-birə dəyişməsinin maraqlarıma, yoxsa ziyanıma işləyəcəyini bilmirəm. Yenə də bunu təcrübədən keçirməliyəm. Bir az ictimai qınaq obyektinə çevrilmək istəmirəm.

REKLAM

Amma ətriyyat üçün mən fərqli bir obraz yaratmalıyam. Bunun adı "Fəxriyyə Xələfova təqdim edir"olacaq. Ətriyyatın adı isə "Nuray" olacaq. Nuray mənim bu dünyada ən çox sevdiyim qadındır. Ancaq onun kimliyini açıqlamayım, qoy bu sirr olaraq qalsın. Nuray özümdən sonra əhval-ruhiyyəsini qəbul etdiyim bir insandır. Bilirsiniz, moda aləminin insanları yalnız əhval-ruhiyyə ilə yaşayır. Nurayın kimliyini isə təqdimat mərasimində görəcəklər".

Fəxriyyə Xələfova öz moda işləri kimi, ətriyyatının qoxusunun da uzaq ölkələrdən gəlməsini arzulayır: "Çox istəyirəm ki, bu ətriyyat Azərbaycandan kənarda da yayılsın. Bunun üçün mən beynəlxalq ətriyyat strategiyasını yaxşıca öyrənmişəm. Bir ildir ancaq ətriyyat məsələsi ilə məşğulam. Beynəlxalq strategiya fərqli bir mexanizmdir. Dünyada çox az insan var ki, onlar ətriyyat yarada bilərlər. Ətriyyat istehsal etməyə çox insanın maddi imkanı çatar. Amma ətriyyat buraxılışında çoxlu uğursuzluqlar mövcuddur. Hər ətriyyat uğurlu alınmır. Uğursuzdursa, bu həmin investisiyanın və istehsalçının adının batması deməkdir. Şanslıyam ki, məni ətir icad edən insanların sırasına daxil ediblər. Mən xaricdə məsləhətləşmələr aparmışdım, demişdilər ki, sən ciddi düşün. Bu işə bu qədər vaxt, vəsait ayıracaqsan. Soruşurdular ki, bu işin uğurlu olacağına əminsən? Mən dedim ki, hansı testlərdən keçmək lazımdırsa, mən keçim, siz də baxın. Mən bu testlərdən keçdim və dedilər ki, məndə bu iş alınır".

Fəxriyyə xanım deyir ki, bu adamın ilk öncə həssaslığı olmalıdır. Deyir ki, insanın mimikasından, energetikasından onu başa düşə bilir, ətirlərə, rənglərə, hətta dəyişən havaya da həssasdır. Deyir ki, ətir yaratmaq çox qeyri-adi prosesdir, əgər belə olmasaydı, dünyada 10 minlərlə ətir olardı. Amma statistikaya əsasən, dünyada cəmi 50-60 çeşiddə ətir var. O deyir: "Ətirlərin həm çiçək istiqamətini, həm kimyəvi tərkibini öyrənmişəm. O qarışığı tapana qədər üç ay laboratoriyadan çıxmamalısan. Hətta elə ola bilər ki, yaratdığın ətir iki aydan sonra özünə xoş gəlməyə bilər".

Fəxriyyə xanımdan əvvəl və sonra ətriyyat istehsalı ilə məşğul olacağını bəyan edən bir neçə tanınmış qadın isim vardı. Lakin həmsöhbətim bunu həyata keçirənlərin birincisinin özü olacağına əmindir: "Düşünürəm ki, bu şəxs mütləq mən olacam. Ona görə də, özümü bir çox yaradıcılıq işlərindən təcrid etmişəm. Ətriyyat işində özümü tamamilə tapmışam. Bu iş məni modadan ayırmayacaq. Ona görə ki, modanın içində ola-ola bu işi görürəm. Fəaliyyətim dövründə o qədər xoşbəxt modelyer olmuşam ki, təsadüflər nəticəsində Pier Karden, Pakuraban, Valentin Yudaşkinlə tanış olmaq fürsətim olub. Pakurabanın uzaqgörənliyi var və onunla 1999-cu ildə Moskvada rastlaşanda çox xahiş etdim ki, mənə bir proqnoz versin. O da dəqiqliyi ilə dedi ki, bir müddətdən sonra elə bir şey baş verəcək ki, sən məşhurluğun zirvəsinə qalxacaqsan...".



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
Ramiz Quliyev xarici ölkə orkestrləri ilə konsert verəcək
Tarzən MDB ölkələri auditoriyasına üz tutur

Oğuzda arxeoloqlar qizil maska tapiblar
Ölkənin şimal-qərbində yerləşən Oğuz rayonunun Kərimli kəndi yaxınlığındakı kurqanda Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeoloq Nəsib Muxtarovun başçılıq etdiyi ekspedisiyası buğa başının təsviri olan qızıl maska tapmışdır.

Münəvvər Rzayevanın heykəllər və büstlər dünyasından ştrixlər
Onların hamısında gözlərin ifadəliliyi obrazdan obraza nə qədər fərqliymiş

"Min bir gecə"nin daha bir cütlüyü gecə gəzməsində
Onlar 750 min dollara ev aldılar

Maykl Ceksonun vida mərasiminə 1,4 milyon dollar xərclənib
Pop kralı Maykl Ceksonun ölüm xəbəri milyonlarla insanı kədərləndirdi.

Könül Kərimova Brilyant Dadaşovadan keçə bilməyib
və Gülbən Ərgənə vəd etdiyi mahnını ona bağışlayıb

Komediya janrının tənəzzülü: təqsir həm də seyrçidədir
Çünki onları məntiqli, düşündürücü komediya cəlb etmir, ona bayağı gülüş, məsələn, aktyorun arvad paltarı geyinib göbək rəqsi oynaması daha maraqlıdır

"Yarımçıq əlyazma" Braziliyada çap olunub
Bir sıra ölkələrin naşirləri Kamal Abdullanın bu romanına maraq göstərir

85 yaşında da çox gənc qalan şairimiz
Hüseyn Arif sözü adamları dörd saat yerindən tərpənməyə qoymadı

"Mən nişanlı deyiləm"
Bakıda səfərdə olan Hadisə şəxsi həyatı ilə bağlı açıqlama verdi

Azərbaycanlı sevgilisi Ebru Gündəşə qadağa qoyub
Müğənninin keçmiş sevgilisi ilə ayrılmağının səbəbi bəlli oldu

Şayiələr Aygünlə Namiq Qaraçuxurlunu daha da mehribanlaşdırdı
Onlar birlikdə yay proqramı seçiblər



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər