 |
Bakıda səfərdə olan Hadisə şəxsi həyatı ilə bağlı açıqlama verdi
Şənbə, 11.07.2009
Şəms Şəms |
mətn ölçüsü |
|
|
|
"Eurovision-2009"un uğurlu iştirakçılarından olan türkiyəli Hadisə Açıqgöz Bakıda səfərdədir. 3 dəfə təxirə düşən və ötən gün reallaşan səfərindən məmnun qalan sənətçi öncə hava limanında onu gözləyən media mənsubları ilə görüşüb. Bakı səfərinin həyatında xüsusi yeri olacağını vurğulayan sənətçi bunu ölkəyə bağlılığı ilə izah etdi: "Azərbaycan mənim üçün çox doğmadır. "Eurovision"da iştirakım bəlli olandan bu günə kimi ən böyük dəstəyi məhz sizin ölkədən almışam. Etiraf edim ki, bu doğmalığı sizdən gözləyirdim. Çünki hər iki ölkəni qırılmaz tellər bağlayır".
İlk Bakı səfərinin həyəcanını yaşayan Hadisə bundan əvvəl nəzərdə tutulan tarixlərin təxirə düşməsinin narahatlığını yaşadığını xatırlatdı. Dedi ki, bu gündən sonra belə problemlər olmayacaq: "Bizi təyyarə ilə cəmi 2 saatlıq yol ayırır. Burada çoxlu dostlarım var və onlar məni öz aralarında görmək istəyirlər. Ürəyim istəyən zaman gəlməyi düşünürəm".
Ötən gün Yaşıl Teatrda konserti olacaqdı. Səhnəyə çıxmazdan bir daha media mənsubları ilə ünsiyyət yaratdı. Azərbaycanlı seyrçilərin hərarətini əvvəlcədən duyan ünlü sənətçi qarşılıqlı olaraq səhnədə böyük performans sərgiləyəcəyinə vəd verdi.
Onun Bakı səfəri 3 gün çəkəcək. Hadisə daha bir çıxışının özəl məkanlardan birində keçiriləcəyini deyir: "Əslində, mən sözümün üstündə möhkəm duran adamam. Lakin Bakı səfərinin 2 dəfə təxirə düşməsi tamaşaçının mənə marağını azaldacağını yəqin edirdim. Lakin limana enəndən bu saata qədər qarşılaşdığım insanların isti münasibəti həmin fikirləri alt-üst etdi. Böyük əminliklə deyirəm ki, məni Bakıda sevən minlərlə tamaşaçım var".
"Eurovision"dan söz salan sənətçi müsabiqənin onun həyatında böyük iz buraxdığını söylədi.
Finala bir gün qalmış səhhətində yaranan problemin qorxusunu yaşamasına baxmayaraq öz yaradıcılıq tarixində böyük bir mərhələni aşdığını söyləyir. Eyni zamanda deyir ki, artıq onun üçün "Eurovision" səhifəsi bağlanıb: "Şəxsi yaradıcılığım üzərində işləməyin zamanı çatıb. Artıq mən sözügedən müsabiqələrdən də böyük işlərə imza atmalıyam. Bu istiqamətdə bəzi danışıqlar davam etdirilir".
Türk mətbuatına şəxsi həyatı ilə bağlı qapalı olan Hadisə Açıqgöz burada açıq fikirlər söylədi. Xatırladaq ki, sənətçi xanımın "Düm tək-tək" mahnısının müəllifi Sinan Akçillə birlikdə olduğu deyilir. Türk mətbuatının son yazılarında cütlüyün nişanlanması xəbəri də yayılıb. Bu barədə danışan Hadisə belə dedi: "İki gün əvvəl verdiyim konsertlərin birində barmağımda üzüyüm olub. Lakin bu sıradan bir aksessuar idi. Barmağa taxılan hər bir əşya mənim nişanlı olmağıma dəlalət etmir. Konkret olaraq bildirirəm ki, mən nişanlanmamışam və yaxın gələcəkdə bu barədə heç bir planım yoxdur. Bir müddət əvvəl Türkiyənin maqazinçiləri tərəfindən mənim yaxtada görüntülərim də çəkilmişdi. Mən bu faktı inkar etmirəm, ancaq bununla bağlı çox danışmaq istəmirəm. Hər bir gənc xanım kimi mənim də evlilik xəyalım var. Evliliyə çox isti baxan biriyəm. Ancaq bu barədə hələ düşünmürəm. Ona görə ki, hazırda 23 yaşındayam və bu rəqəm mənim üçün tezdir. Əvvəlcə karyeram, işim, sonra şəxsi həyat öz axarına düşəcək".
|
|
|
Oxşar xəbərlər:
Moskvada Azərbaycan Mədəniyyəti günləri başa çatıb
Püşkatma kimə nə vəd edir?
|
|
|