Hal-hazırda Ayna qəzetinin 11.07.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 11.07.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Mədəniyyət  
 
 
85 yaşında da çox gənc qalan şairimiz
85 yaşında da çox gənc qalan şairimiz
Hüseyn Arif sözü adamları dörd saat yerindən tərpənməyə qoymadı
Şənbə, 11.07.2009

İsmayıl Umudlu mətn ölçüsü  

Yayın bu istisinə baxmayaraq axşam saat 18-də artıq Musiqili Komediya Teatrının zalında oturmağa yer qalmamışdı. Mərhum şairimiz Hüseyn Arifin 85 illiyi törəninə bu qədər adamın toplaşmasını burada bir çoxları onun şəxsiyyətinə və poeziyasına marağın hələ də güclü qaldığının bir göstəricisi kimi görürdü. Törəndə şairin qızı Zöhrə Hüseynzadə və Hüseyn Arif muzeyinin əməkdaşlarının tərtibində "Şeir deyilmi..." adlı bir kitab dağıdıldı. Bu kitaba şairin hikmətli sözləri toplanmışdı.

Yubiley törənini Hüseyn Arifin ən yaxın dostlarından şair Zəlimxan Yaqub aparmalı imiş. Lakin yurddan kənarda olduğundan onun ricası ilə bu vəzifəni MEA müxbir üzvü, şairin həyat və yaradıcılığına yaxından bələd olan Nizami Cəfərov yerinə yetirməli oldu. Onun bir fikri ilə razılaşmamaq olmazdı: "Hüseyn Arif xalq müdrikliyinin ifadəsidir. Müdriklik müxtəlif olur - intellektual müdriklik, texniki müdriklik... Xalq nə qədər müdrikdirsə, Hüseyn Arif o qədər müdrikdir. Onun poeziyası xalqın düşüncələrinin, ruhunun, dilinin birbaşa ifadəsidir".

Sənətçilərin və aşıqların ifasında yalnız Hüseyn Arifin sözlərinə yazılmış mahnılar səslənir, qoşmalar oxunurdu. Gülyanaq, Gülyaz Məmmədovalar, Arif Babayev, Ələkram Bayramov, Teymur Mustafayev, Zöhrə Abdullayeva, Aşıq Cahangir, Aşıq Avdı, Aşıq Namiq, Aşıq İlham və başqa sənətçilərin oxuduğu və ötən onilliklərin, elə indinin özünün də sevilən populyar mahnıları yaşlı seyrçiləri xəyalən öz gənclik illərinə qaytarırdı.

Ciddi və soyuqqanlı bir təhsil işçisi kimi tanıdığımız, TQDK sədri Məleykə Abbaszadədən, doğrusu, ilk dəfəydi bu qədər kövrək bir çıxış dinləyirdim. Demə Məleykə xanım Hüseyn Arifin şeirlərinin çoxunu əzbər bilirmiş. Şair və onun atası mərhum Mehdi Mustafayev yaxın dost imişlər, şair vaxtaşırı onlara qonaq gələrmiş: "Əgər evimizdən saz səsi gəlirdisə, bilirdik ki, Hüseyn əmi bizə qonaq gəlib. Atam deyərdi ki, Hüseyn klassikdir, böyük şairdir. Mübahisə edərdik: "Əgər klassikdirsə, niyə bizim ədəbiyyat kitabında onun adı yoxdur?" - deyə mübahisə etməyə çalışardıq. Atam deyərdi ki, qızım, siz o kitaba fikir verməyin. Onun gerçəkdən böyük şair olduğunu atam və Hüseyn əmi həyatdan gedəndən sonra anladım". Məleykə xanım şairin mənəvi ömrünün uzun olacağına inandığını söylədi.

Şair Nəriman Həsənzadə, qocaman yazıçı Vidadi Babanlı, filoloq alim Məhərrəm Qasımlı, Qəzənfər Paşayev, xanəndə Arif Babayev, şairlərdən Eyvaz Borçalı, Əlirza Xələfli, bəstəçi Tahir Əkbər unudulmaz Hüseyn Arifdən hərəyə bir kövrək səhifə çevirdilər. "Son əlli ildə yeganə lirik şairdir ki, bu qədər folklorlaşdı. Bu gün Azərbaycanın elə bir kəndi yoxdur ki, orada məclislərdə Hüseyn Arifin bir sözü söylənməsin" - bu sözləri Məhərrəm Qasımlı dedi. "Şeir deyilmi..." hikmətli sözlər toplusuna ön sözü də Məhərrəm müəllim yazmışdır.

Bəstəçi Tahir Əkbərin Hüseyn Arif və ispan şairi Qarsia Lorka arasındakı paralelləri maraqlı idi. Əgər Qarsia Lorka bir məşhur şeirində "mən öləndən sonra pəncərəmi bağlama" deyirdisə, Hüseyn Arif bir şeirində sevgilisinə "məndən sonra da qapımı bağlı saxlama" deyirdi və bu iki sözün sintezi çox duyğulu idi. Belə bir fikir də deyildi ki, Federiko Qarsia Lorka ispan xalqı üçün gitaranın nə demək olduğudursa" (Lui Araqon), Hüseyn Arif azərbaycanlılar üçün sazın özüdür, saz olan yerdə mütləq Hüseyn Arif də xatırlanacaq.

Məzmunlu çıxışların, xatirələrin, tez-tez üz tutulan mənalı Hüseyn Arif lətifələrinin, şeirlərin, musiqinin, sazın bir-birini həmahəng şəkildə əvəzləməsi publikanı yorulmağa qoymurdu və adamlar düz dörd saat ərzində yerlərindən tərpənməyərək oturdular. Bu halı bu kimi törənlərdə az-az müşahidə edirik. Çox vaxt adamlar bir az oturub yavaş-yavaş dağılışırlar. Bu dəfə belə olmadı.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
Ramiz Quliyev xarici ölkə orkestrləri ilə konsert verəcək
Tarzən MDB ölkələri auditoriyasına üz tutur

Oğuzda arxeoloqlar qizil maska tapiblar
Ölkənin şimal-qərbində yerləşən Oğuz rayonunun Kərimli kəndi yaxınlığındakı kurqanda Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeoloq Nəsib Muxtarovun başçılıq etdiyi ekspedisiyası buğa başının təsviri olan qızıl maska tapmışdır.

Münəvvər Rzayevanın heykəllər və büstlər dünyasından ştrixlər
Onların hamısında gözlərin ifadəliliyi obrazdan obraza nə qədər fərqliymiş

"Min bir gecə"nin daha bir cütlüyü gecə gəzməsində
Onlar 750 min dollara ev aldılar

Maykl Ceksonun vida mərasiminə 1,4 milyon dollar xərclənib
Pop kralı Maykl Ceksonun ölüm xəbəri milyonlarla insanı kədərləndirdi.

Könül Kərimova Brilyant Dadaşovadan keçə bilməyib
və Gülbən Ərgənə vəd etdiyi mahnını ona bağışlayıb

Komediya janrının tənəzzülü: təqsir həm də seyrçidədir
Çünki onları məntiqli, düşündürücü komediya cəlb etmir, ona bayağı gülüş, məsələn, aktyorun arvad paltarı geyinib göbək rəqsi oynaması daha maraqlıdır

"Yarımçıq əlyazma" Braziliyada çap olunub
Bir sıra ölkələrin naşirləri Kamal Abdullanın bu romanına maraq göstərir

"Mən nişanlı deyiləm"
Bakıda səfərdə olan Hadisə şəxsi həyatı ilə bağlı açıqlama verdi

Fəxriyyə Xələfova özü yaratdığı ətirə ad seçib
Modelyer xanımlara "Nuray"ı təqdim edəcək

Azərbaycanlı sevgilisi Ebru Gündəşə qadağa qoyub
Müğənninin keçmiş sevgilisi ilə ayrılmağının səbəbi bəlli oldu

Şayiələr Aygünlə Namiq Qaraçuxurlunu daha da mehribanlaşdırdı
Onlar birlikdə yay proqramı seçiblər



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər