Hal-hazırda Ayna qəzetinin 11.07.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 11.07.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Mədəniyyət  
 
 
"Yarımçıq əlyazma" Braziliyada çap olunub
"Yarımçıq əlyazma" Braziliyada çap olunub
Bir sıra ölkələrin naşirləri Kamal Abdullanın bu romanına maraq göstərir
Şənbə, 11.07.2009

Xatun mətn ölçüsü  

Yazıçı Kamal Abdullanın "Yarımçıq əlyazma" romanı Braziliyada çap olunub. Müəllif bildirib ki, müasir dünya ədəbiyyatının ən zəngin qollarından birini təşkil edən Latın Amerikası ədəbiyyatı ilk dəfə olaraq öz coğrafiyasında Azərbaycan ədəbiyyatının təmsilçisi ilə görüşür və bu görüş onların öz təşəbbüsü ilə baş tutur. Nəfis tərtibatla nəşr olunmuş, portuqal dilində "O manuscritio inacabado" kimi səslənən kitabın ön sözündə Paraiba Universitetinin professoru, müqayisəli ədəbiyyatşünaslıq üzrə dünyada tanınmış mütəxəssis Sutxa Svarnaka yazır: "Mən Azərbaycan xalqının miflərindən bəhs edən bu əsərin tərcüməsindən çox məmnun qaldım. Qələmə aldığı hekayə, şeir və romanları, dram əsərləri dünyanın bir çox dillərinə tərcümə edilmiş və uğurla səhnələşdirilmiş bu dünyamiqyaslı yazıçının son dərəcə maraqlı "Yarımçıq əlyazma" romanı Braziliya oxucusunun da qəlbinə yol tapacaq. Boynuma alıram ki, bundan öncə Azərbaycan və onun mədəniyyəti haqqında çox az şey bilirdim. Mən özüm üçün yeni bir dünya kəşf etmiş oldum".

Kamal Abdulla "Yarımçıq əlyazma"nın Braziliyada nəşr olunmasını onu bir müəllif kimi çox sevindirdiyini vurğulayıb: "Daha çox bir məqamdan məmnunam. Bu da Azərbaycan ədəbiyyatının Latın Amerikasına ilk gəlişinin məhz Dədə Qorqud mövzusu ilə bağlı olmasıdır".

Əsəri portuqal dilinə Umberto Luis Lima de Oliveira tərcümə edib. "Yarımçıq əlyazma" romanını ilk dəfə fransızca nəşr etmək təşəbbüsü ilə çıxış edən Fransanın nüfuzlu "L.Harmattan" nəşriyyatı olub. Bunun ardınca rus dilinə tərcümə olunaraq dünyaca məşhur ədəbiyyatşünas-filosof Lev Anninskinin ön sözüylə Moskvanın "Xronikyor" nəşriyyatında nəfis şəkildə çap olunub. Rusiyanın "İnostrannaya literatura" jurnalı öz tarixində ilk dəfə postsovet məkanından olan yazıçının əsərini dəyirmi masa arxasında müzakirəyə çıxarıb və müzakirənin materiallarını öz səhifələrində çap etdirib. Sonra isə bu əsər Türkiyədə nəşr edilib. Əsərin Yaponiyada nəşri ilə bağlı da müəllifə təklif daxil olub və hazırda yapon tərcüməsi üzərində iş gedir. "Yarımçıq əlyazma" yaxın günlərdə Polşada işıq üzü görəcək.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Rus dilindən imtina nə vəd edir?

Bölmənin digər xəbərləri
 
Ramiz Quliyev xarici ölkə orkestrləri ilə konsert verəcək
Tarzən MDB ölkələri auditoriyasına üz tutur

Oğuzda arxeoloqlar qizil maska tapiblar
Ölkənin şimal-qərbində yerləşən Oğuz rayonunun Kərimli kəndi yaxınlığındakı kurqanda Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeoloq Nəsib Muxtarovun başçılıq etdiyi ekspedisiyası buğa başının təsviri olan qızıl maska tapmışdır.

Münəvvər Rzayevanın heykəllər və büstlər dünyasından ştrixlər
Onların hamısında gözlərin ifadəliliyi obrazdan obraza nə qədər fərqliymiş

"Min bir gecə"nin daha bir cütlüyü gecə gəzməsində
Onlar 750 min dollara ev aldılar

Maykl Ceksonun vida mərasiminə 1,4 milyon dollar xərclənib
Pop kralı Maykl Ceksonun ölüm xəbəri milyonlarla insanı kədərləndirdi.

Könül Kərimova Brilyant Dadaşovadan keçə bilməyib
və Gülbən Ərgənə vəd etdiyi mahnını ona bağışlayıb

Komediya janrının tənəzzülü: təqsir həm də seyrçidədir
Çünki onları məntiqli, düşündürücü komediya cəlb etmir, ona bayağı gülüş, məsələn, aktyorun arvad paltarı geyinib göbək rəqsi oynaması daha maraqlıdır

85 yaşında da çox gənc qalan şairimiz
Hüseyn Arif sözü adamları dörd saat yerindən tərpənməyə qoymadı

"Mən nişanlı deyiləm"
Bakıda səfərdə olan Hadisə şəxsi həyatı ilə bağlı açıqlama verdi

Fəxriyyə Xələfova özü yaratdığı ətirə ad seçib
Modelyer xanımlara "Nuray"ı təqdim edəcək

Azərbaycanlı sevgilisi Ebru Gündəşə qadağa qoyub
Müğənninin keçmiş sevgilisi ilə ayrılmağının səbəbi bəlli oldu

Şayiələr Aygünlə Namiq Qaraçuxurlunu daha da mehribanlaşdırdı
Onlar birlikdə yay proqramı seçiblər



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Buraxılış imtahanları: qaydalarda dəyişiklik edilir

Buraxılış imtahanları: qaydalarda dəyişiklik edilir


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Bizə Avropa bazarlarında "yaşıl işıq"

Bizə Avropa bazarlarında "yaşıl işıq"


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər