Hal-hazırda Ayna qəzetinin 11.07.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 11.07.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Mədəniyyət  
 
 
Komediya janrının tənəzzülü: təqsir həm də seyrçidədir
Komediya janrının tənəzzülü: təqsir həm də seyrçidədir
Çünki onları məntiqli, düşündürücü komediya cəlb etmir, ona bayağı gülüş, məsələn, aktyorun arvad paltarı geyinib göbək rəqsi oynaması daha maraqlıdır
Şənbə, 11.07.2009

Z.Rüstəm mətn ölçüsü  

Bu gün insanların maraqla izlədiyi janrlardan biri komediyadır. "Bakılı oğlanlar", "Bu şəhərdə"nin hər il bir neçə dəfə keçirdiyi proqramlar buna bir növ nümunədir. Anonsların efirdə səslənməsi ilə təqdimat zalı tamaşaçı ilə dolur. Lakin bəzi hallarda peşəkarlar komediya janrının bu səviyyədə təqdimatından gileylidirlər. Onlar düşünürlər ki, bu janrda ciddi əsərlər yaranmır. Bu niyyətlə həm aktyorlara, həm də yazarlara müraciət etdik.

Akademik Milli Dram Teatrının aktyoru xalq artisti Telman Adıgözəlov bunun səbəbini həmkarlarında deyil, yazarlarda gördü: "Fikrimcə, bu problem mükəmməl pyeslərin yazılmamasından doğur. Elə bu səbəbdən də çox vaxt özüm və həmkarlarım "komik" durumda qalırıq. Aktyor neyləsin, bəzən elə səviyyəsiz rollarda çıxış edir ki, gülünc vəziyyətə düşdüyü üçün öz-özünə xəcalət çəkir. Hiss edəndə ki, yalandan güldürməyə çalışırsan, onda hər şey çox süni alınır, utanırsan. Aktyor yaratdığı komik obrazla tamaşaçını düşündürməlidir. Əvvəllər bu ənənə yüksək səviyyədə qorunurdu. Hətta aktyorlar bir-birinin bəhsinə daha maraqlı oynayır, özlərindən improvizələr edərdilər. Qələm adamları da onlara baxıb daha mənalı və düşündürücü yazmağa çalışırdılar. Lakin indiki mühitdə dəyərlər bir qədər dəyişib. Ona görə də insanların gülüşü də ürəklərinə yatmır".

Akademik Milli Dram Teatrının digər aktrisası Kübra Əliyeva isə hələ də nostalji hisslərdən ayrıla bilməyib: "Əvvəllər oynadığım komik rolların nostaljisi ilə yaşayıram.

REKLAM

Yeni nəsil yazmır, susub. Vaxtilə klassik əsərlərlə yanaşı, Seyfəddin Dağlı, Salam Qədirzadə, Məhərrəm Əlizadə, Rüfət Əhmədzadə kimi yazıçıların əsərləri əsasında səhnələşdirilən tamaşalar anşlaqla keçirdi. Bu gün onları əvəzləyən nəslə böyük ehtiyac duyulur. Lakin indikilər yazmırlar, ona görə də, meydan bayağı tamaşalara verilib. Bizə sadəcə, güldürən deyil, eyni zamanda, düşündürən gülüş lazımdır".

Telman Adıgözəlovun fikirlərini təkrarlayan Kübra xanım həmkarlarının səhnədə dəyərsiz sözlər söyləməyinin onlar üçün nə dərəcədə çətin olduğunu bildirdi: "İndiki cavanların çıxışına hər zaman qulaq asır və onların necə yetişdiyini görməyə çalışıram. Təəssüfləndiyim anlar çox olub. Sözlərində məna, mahiyyət yox dərəcəsində olur. Mənə elə gəlir ki, tamaşaçını güldürmək üçün yerinə düşməyən hərəkətlər lazım deyil. Əgər belə səhnələrə tamaşaçının dodağı qaçırsa, 2 dəqiqədən sonra həmin fikri unudacaq. Lakin bizim milli filmlərimiz hələ də böyük həvəslə izlənir və sözləri insanın ürəyinə yağ kimi yayılır. Məna və sözün tutumu buradadır".

Eyniadlı teatrın aktyoru əməkdar artist Ələsgər Məmmədoğlu bir qədər düşündüsə də, oynadığı sonuncu komik obrazı xatırlaya bilmədi: "Nə qədər düşünsəm də, bu janrda son oynadığım rolu xatırlaya bilmədim. Bir çox hallarda qınaq obyekti ya aktyor, ya da yazarlar olur. Mən isə komediya janrının tənəzzülə uğramasında günahın bir hissəsini tamaşaçıda görürəm. Bu gün tamaşaçını ciddi, məntiqli komik əsərlər cəlb etmir. Tələbatdan hiss edirəm ki, tamaşaçıya bayağı gülüş lazımdır. Aktyorun arvad paltarı geyinib göbək rəqsi oynaması tamaşaçını daha çox maraqlandırır, nəinki Mirzə Fətəli Axundovun klassikası". Yazıçılar Birliyi dramaturgiya sektorunun rəhbəri yazıçı-dramaturq Firuz Mustafa isə mövzu ilə bağlı daha kəskin danışdı: "Komediya janrı müasir dramaturgiyadan, demək olar, silinməkdədir. Yeni nəsil yetişmir. Səbəb isə bayağı yumora marağın artması, tamaşaçı zövqünün korlanması və bir də məntiqsiz və mənasız səhnələrə pul ayıran sponsorlardır. Bu günə kimi 10 komediyadan ibarət kitabım işıq üzü görüb. Amma sponsor ehtiyacından səhnə həllini tapa bilməyib. Həmin kitabları bütün teatrların baş rejissorlarına və direktorlarına paylamışam. Oturub onlardan xəbər gözləyirəm. Bu müddətdə hələ heç bir təklif almamışam. Bunun çıxış yolunu müsabiqələrin keçirilməsində görürəm. Bir ara düşündüm ki, bəlkə, belə bir müsabiqəni özüm təşkil edim. Amma bunun əsas tərəflərinə göz yetirəndə təkbaşına öhdəsindən gələ bilməyəcəyimi anladım. Mən Yazıçılar Birliyində oturmağa stul tapmıram, müsabiqəni necə təşkil edə bilərəm. Həm də bu işdə təkcə dövlət deyil, iş adamları da maraqlı olmalıdırlar".

Musiqili Komediya Teatrının aktyoru İlham Namiq Kamal isə hesab edir ki, Azərbaycanda peşəkar səviyyədə aktyor yetişdirə bilən kifayət qədər müəllim var. Lakin gənclər savadlanmağa bir o qədər meyil göstərmir: "Vaxtilə bizi yetişdirən müəllimlərin məktəb yolunu biz bu gün gənclərə aşılayırıq. Lakin tələblər bir qədər dəyişdiyindən gənclərin də marağı dəyişib. Bu gün sanballı gülüş səhnələri azdır. Amma yox dərəcəsində deyil. Böyük bir proqrama baxırsan, burada bir-iki səhnə adama xoş təsir bağışlayır. Mən müasirləşməyin əleyhinə deyiləm. Lakin gənc aktyorlar düşünməlidir ki, müasirliyə söykənən ifadələri harada gəldi işlətmək olmaz".



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Aktyorların yaradıcılığı elektron layihədə əksini tapacaq

Bölmənin digər xəbərləri
 
Ramiz Quliyev xarici ölkə orkestrləri ilə konsert verəcək
Tarzən MDB ölkələri auditoriyasına üz tutur

Oğuzda arxeoloqlar qizil maska tapiblar
Ölkənin şimal-qərbində yerləşən Oğuz rayonunun Kərimli kəndi yaxınlığındakı kurqanda Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeoloq Nəsib Muxtarovun başçılıq etdiyi ekspedisiyası buğa başının təsviri olan qızıl maska tapmışdır.

Münəvvər Rzayevanın heykəllər və büstlər dünyasından ştrixlər
Onların hamısında gözlərin ifadəliliyi obrazdan obraza nə qədər fərqliymiş

"Min bir gecə"nin daha bir cütlüyü gecə gəzməsində
Onlar 750 min dollara ev aldılar

Maykl Ceksonun vida mərasiminə 1,4 milyon dollar xərclənib
Pop kralı Maykl Ceksonun ölüm xəbəri milyonlarla insanı kədərləndirdi.

Könül Kərimova Brilyant Dadaşovadan keçə bilməyib
və Gülbən Ərgənə vəd etdiyi mahnını ona bağışlayıb

"Yarımçıq əlyazma" Braziliyada çap olunub
Bir sıra ölkələrin naşirləri Kamal Abdullanın bu romanına maraq göstərir

85 yaşında da çox gənc qalan şairimiz
Hüseyn Arif sözü adamları dörd saat yerindən tərpənməyə qoymadı

"Mən nişanlı deyiləm"
Bakıda səfərdə olan Hadisə şəxsi həyatı ilə bağlı açıqlama verdi

Fəxriyyə Xələfova özü yaratdığı ətirə ad seçib
Modelyer xanımlara "Nuray"ı təqdim edəcək

Azərbaycanlı sevgilisi Ebru Gündəşə qadağa qoyub
Müğənninin keçmiş sevgilisi ilə ayrılmağının səbəbi bəlli oldu

Şayiələr Aygünlə Namiq Qaraçuxurlunu daha da mehribanlaşdırdı
Onlar birlikdə yay proqramı seçiblər



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər