Hal-hazırda Ayna qəzetinin 11.07.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 11.07.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Mədəniyyət  
 
 
Könül Kərimova Brilyant Dadaşovadan keçə bilməyib
Könül Kərimova Brilyant Dadaşovadan keçə bilməyib
və Gülbən Ərgənə vəd etdiyi mahnını ona bağışlayıb
Şənbə, 11.07.2009

Zəminə mətn ölçüsü  

Son günlər yeni mahnıları ilə repertuarını təzələyən müğənni Könül Kərimova xeyirxah müğənni kimi də tanınmaq istəyir. Onunla söhbətimizdə bir çox məqamlara toxundu, hər birində isə xoşniyyət olduğu ortaya çıxdı. Əvvəlcə bildirdi ki, uzun illər çalışdığı bəstəkar Cabbar Musayevin Röyanın ifasında hit olan "Unutuldum" mahnısı, əslində, onun üçün yazılıbmış. Lakin müğənni hələ heç yanda ifa edilməyən bəstəni eşidəndə Cabbar Musayevdən onu Röyaya təqdim etməyi xahiş edib: "Bəstəkar dostuma dedim ki, bu mahnı sırf Röyanın səsi üçün biçilib. O, "mahnı məşhurlaşanda peşman olmayacaqsan" sualını verdikdə mən əvvəlki mövqeyimdə qaldım. Cabbarın proqnozları düz çıxdı. Mahnı bütün nəsildən olan tamaşaçıların xoşuna gəldi. Amma mən atdığım addıma görə peşman olmadım".

Söhbətinin davamında Könül xanım repertuarından olan "Bu gecə" mahnısının məşhurluğundan da söz açdı. Xatırladaq ki, həmin mahnını türkiyəli sənətçi Gülbən Ərgən ifa edib. Gülbən Ərgən müğənninin daha bir mahnısı - "Sənin olmaya gəldim"i növbəti albomuna daxil etməsi üçün müəlliflərdən halallıq istəyirmiş. Lakin Brilyant xanım həmin mahnını ifa etdikdən sonra Könül Kərimova bu məsələni bağlamağı məsləhət bilib: "Brilyant xanım bu mahnını özünəməxsus şəkildə ifa edib. Çox bəyəndim. Cabbar müəllimlə bu qənaətə gəldik ki, həmin mahnını məhz Brilyant xanıma verək".

Sözünün davamında müğənni yaradıcılıq planlarından söz açdı. Dedi ki, bu günlərdə bəstəkar Nazimin "Zülümkar" adlı mahnısını ifa edib. Tezliklə mahnının efir variantını görməyi arzulayan Könül Kərimova bu niyyətlə rejissor seçimi edib və Gülər həsənlinin adı üzərində dayanıb. Müğənni ən qısa zamanda çəkiliş meydançasına yollanacaq.

Müğənni daha bir xəbəri də bizimlə bölüşdü. Söylədi ki, bu günlərdə avtomobilini təzələyib. Bahalı "Audi" markalı avtomobilə sahib olan müğənni onun məbləğini də açıqladı: "Mən avtomobil həvəskarıyam. Bu sahədə əlim açıqdır. Əgər büdcəm arzuladığım markanı almağa imkan verirsə, bunu edirəm. Bu günlərdə aldığım avtomobilə 130 min manat xərcləmişəm. Köhnə maşınımı satmağım yenisini almaqda mənə bir qədər kömək olub".



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
Ramiz Quliyev xarici ölkə orkestrləri ilə konsert verəcək
Tarzən MDB ölkələri auditoriyasına üz tutur

Oğuzda arxeoloqlar qizil maska tapiblar
Ölkənin şimal-qərbində yerləşən Oğuz rayonunun Kərimli kəndi yaxınlığındakı kurqanda Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeoloq Nəsib Muxtarovun başçılıq etdiyi ekspedisiyası buğa başının təsviri olan qızıl maska tapmışdır.

Münəvvər Rzayevanın heykəllər və büstlər dünyasından ştrixlər
Onların hamısında gözlərin ifadəliliyi obrazdan obraza nə qədər fərqliymiş

"Min bir gecə"nin daha bir cütlüyü gecə gəzməsində
Onlar 750 min dollara ev aldılar

Maykl Ceksonun vida mərasiminə 1,4 milyon dollar xərclənib
Pop kralı Maykl Ceksonun ölüm xəbəri milyonlarla insanı kədərləndirdi.

Komediya janrının tənəzzülü: təqsir həm də seyrçidədir
Çünki onları məntiqli, düşündürücü komediya cəlb etmir, ona bayağı gülüş, məsələn, aktyorun arvad paltarı geyinib göbək rəqsi oynaması daha maraqlıdır

"Yarımçıq əlyazma" Braziliyada çap olunub
Bir sıra ölkələrin naşirləri Kamal Abdullanın bu romanına maraq göstərir

85 yaşında da çox gənc qalan şairimiz
Hüseyn Arif sözü adamları dörd saat yerindən tərpənməyə qoymadı

"Mən nişanlı deyiləm"
Bakıda səfərdə olan Hadisə şəxsi həyatı ilə bağlı açıqlama verdi

Fəxriyyə Xələfova özü yaratdığı ətirə ad seçib
Modelyer xanımlara "Nuray"ı təqdim edəcək

Azərbaycanlı sevgilisi Ebru Gündəşə qadağa qoyub
Müğənninin keçmiş sevgilisi ilə ayrılmağının səbəbi bəlli oldu

Şayiələr Aygünlə Namiq Qaraçuxurlunu daha da mehribanlaşdırdı
Onlar birlikdə yay proqramı seçiblər



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər