Pop kralı Maykl Ceksonun ölüm xəbəri milyonlarla insanı kədərləndirdi. Bu həftə Los-Ancelesdə keçirilən vida mərasimi onun dünyada nə səviyyədə sevildiyini bir daha sübut etdi. Ötən gün yayılan xəbərə görə, pop-kralın vida mərasiminə 1,4 milyon pul xərclənib. Bu barədə Los-Anceles meriyasının təmsilçisi Sara Hamilton bildirib.
Onun açıqlamasında qeyd olunub ki, həmin vəsaitin əsas hissəsi polis dəstələrinin gücləndirilməsinə, iştirakçılardan sonra yığılıb qalan zibilin təmizlənməsinə və sanitar-profilaktika işlərinə sərf olunub. Şəhərdə qayda-qanunun tənzimi üçün polis heyətinin üçdə biri cəlb edilib.
Xatırladaq ki, bundan əvvəl Los-Anceles administrasiyası insanları vida mərasimi zamanı yardım etməyə çağırıb. Amma yığılan pul cəmi 17 min dollar təşkil edib.