çap et  
"Min bir gecə"nin daha bir cütlüyü gecə gəzməsində
"Min bir gecə"nin daha bir cütlüyü gecə gəzməsində
Onlar 750 min dollara ev aldılar
Şənbə, 11.07.2009

Şəms
Şəms

"Türkiyənin səs salan "Min bir gecə" serialının daha iki oyunçusu Tardu Flordin və Canan Ergüder filmdəki aktyor münasibətlərindən fərqli olaraq həyatda bir-birilərinə çox yaxındırlar. Xatırladaq ki, filmin əsas qəhrəmanlarının (Şəhrəzad və Onur) avqustun 7-də ailə həyatı quracaqları xəbəri yayılıb. Bunun ardınca nikah masasına Tardu Flordinlə Canan Ergüderin oturacağı mövzuya çevrilib.

İki gün əvvəl maqazinçilərin haqladıqları Tardu onlarla mübahisə etməyə başlasa da, sevgilisinin tövsiyəsi onun hirsini soyuda bilib. Cütlüyün gecəyarısı başlayan istirahəti saatlarla davam edib. Əyləncə mərkəzini tərk edən cütlüyün yenicə aldığı 750 min dollarlıq evlərinə getdiyi deyilir. Lakin Tardu Flordin şəxsi həyatı ilə bağlı sualların heç birini cavablandırmayıb.