çap et  
Uşaqlar üçün "qaynar xətt" açılacaq
Şənbə, 11.07.2009


Bu ayın son ongünlüyündən uşaqlar üçün "qaynar xətt" fəaliyyətə başlayır. Uşaq Hüquqları üzrə QHT alyansının milli əlaqələndiricisi Nabil Seyidovun bildirdiyinə görə, artıq texniki məsələlər həllini tapıb, mütəxəssislər hazırlanıb. Xatırladaq ki, uzun illərdir "qaynar xətt"in fəaliyyətilə bağlı müzakirələr aparılıb. Çünki xətt bütün kateqoriyadan olan uşaqları əhatə edəcək. Ölkənin istənilən bölgəsindən zəng edərək məsləhət almaq, problemi söyləmək mümkünləşəcək. Mobil telefonlardan belə, pulsuz zəng etmək mümkün olacaq: "Şəhərdaxili telefonlardan pulsuz zəng mümkündür. Mobil operatorlara da şərait yaradılması üçün müraciət edilib. Yəqin ki, bu məsələ də həllini tapacaq".

Xətlərdə xidmət göstərənlər testlərdən keçirilib. Çünki uşaqlarla işləyəcək mütəxəssislər həm də psixoloji təsir göstərə bilmək bacarığına malik olmalıdırlar.