Ölkədə istehsal olunan meyvə-tərəvəz və ərzaq məhsullarının saxlanması üçün bölgələrdə soyuducular tikiləcək. Kənd Təsərrüfatı Nazirliyindən bildirilir ki, anbarların tikintisi də nəzərdə tutulub. Artıq müəyyən ərazilərdə anbarlar üçün yer ayrılıb. Layihə hazırlanır, maliyyə işləri müəyyənləşdirilir. Məhsulun saxlanması üçün anbarlar bütün bölgələri əhatə edəcək. Qeyd edək ki, ayrı-ayrı məhsulların istehsalını artırmaq məqsədilə layihələrin işlənilməsinə başlanılıb.
|