Hal-hazırda Ayna qəzetinin 11.07.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 11.07.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Cəmiyyət  
 
 
Çin uşaq oyuncaqları - ciddi təhlükə mənbəyi!
Çin uşaq oyuncaqları - ciddi təhlükə mənbəyi!
Laboratoriya sınaqları bunu təsdiq edib
Şənbə, 11.07.2009

mətn ölçüsü  

Bakının ticarət mərkəzlərində satılan uşaq oyuncaqları insan orqanizmi üçün ciddi təhlükə mənbəyidir. Bu, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin uşaq oyuncaqlarının idxalı və satışı ilə məşğul olan ticarət şəbəkələrində apardığı monitorinq zamanı müəyyən olunub. Araşdırma paytaxtın Səbayel, Nəsimi və Qaradağ rayonlarında həyata keçirilib.

Çin və Rusiyadan idxal olunmuş oyuncaq nümunələri götürülərək komitənin tərkibində fəaliyyət göstərən Sınaq Sektorunun laboratoriyasında yoxlamadan keçirilib. Məlum olub ki, oyuncaqların tərkibində ağır metalların miqdarı, iyi normadan artıqdır, rəngi davamsız, tikiş xətləri zəifdir. Yoxlama aparılan mağazaların uyğunluq sertifikatı olmamış, məcburi sertifikatlaşdırılan məhsullar sırasında olmasına baxmayaraq normativ sənədləri olmadan satışa çıxarılıb.

Standartlara uyğun olmayan oyuncaqlar Çin istehsalıdır. Bütün hallarda müəssisə rəhbərlərinə iradnamələr təqdim olunub, məhsulların satışını qadağan edən tələbnamələr verilib.

Satışına qadağa qoyulmuş təhlükəli oyuncaqlar aşağıdakılardır: "Tvins" nişanlı yumşaq "siçan" oyuncağı, çantada plastik "şax-şax" oyuncağı, plastik paketdə "şax-şax Babu" oyuncağı, plastik "şıx-şıx", paqremuşka "Toys toy", metal "təyyarə", plastik "oğlan" fiquru, rezin materialdan heyvan təsvirli, səsli oyuncaqlar.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
Avqustda dünya üzrə daha 100 min nəfər "donuz qripi"nə yoluxacaq
Bizim ölkənin donuzçuluq təsərrüfatlarında isə "Afrika taunu" sarıdan vəziyyətin sabit olduğu deyilir

İnformasiya "sipər"ləri
Azərbaycanda informasiya şəffaflığı və onun əldə olunması haqda hüquqi normaların faktik işləmədiyi vətəndaş haqlarının addımbaşı pozulması ilə nəticələnir.

İstilər iyulun ikinci yarısında düşəcək
Kondisionerdən yanlış istifadə fəsadlara yol aça bilər

İlkin Nəzərov: Səhiyyə xərclərində dövlətin payı çox aşağıdır - cəmi 25 faiz
Yaxud dünya ölkələri ilə müqayisədə Azərbaycan səhiyyəsinin acınacaqlı mənzərəsi rəqəmlərin işığında

Əcnəbilərin infeksion daşıyıcısı olub-olmadığı yoxlanılmır
Nazirlər Kabinetinin təsdiqlədiyi "Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə respublikada müvəqqəti yaşamaq üçün icazənin verilməsi qaydaları" ölkəyə gəlmək istəyənlərə yalnız qüvvəyə mindiyi gündən şamil olunacaq.

Bölgələrdə anbarlar tikiləcək
Ölkədə istehsal olunan meyvə-tərəvəz və ərzaq məhsullarının saxlanması üçün bölgələrdə soyuducular tikiləcək.

Uşaqlar üçün "qaynar xətt" açılacaq
Bu ayın son ongünlüyündən uşaqlar üçün "qaynar xətt" fəaliyyətə başlayır.

Dəmir yol gücləndirilmiş iş rejiminə keçdi
Dövlət Dəmir Yolu İdarəsi havaların isti keçməsilə bağlı gücləndirilmiş iş rejiminə keçib.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Buraxılış imtahanları: qaydalarda dəyişiklik edilir

Buraxılış imtahanları: qaydalarda dəyişiklik edilir


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Bizə Avropa bazarlarında "yaşıl işıq"

Bizə Avropa bazarlarında "yaşıl işıq"


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər