Hal-hazırda Ayna qəzetinin 11.07.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 11.07.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Cəmiyyət  
 
 
İlkin Nəzərov: Səhiyyə xərclərində dövlətin payı çox aşağıdır - cəmi 25 faiz
İlkin Nəzərov: Səhiyyə xərclərində dövlətin payı çox aşağıdır - cəmi 25 faiz
Yaxud dünya ölkələri ilə müqayisədə Azərbaycan səhiyyəsinin acınacaqlı mənzərəsi rəqəmlərin işığında
Şənbə, 11.07.2009

A.Əhmədova mətn ölçüsü  

Dünya əhalisinin sağlamlığı qlobal problem şəklini alıb. Hər ölkə öz səhiyyəsində optimal mühit yaratmağa çalışır. Təəssüflər olsun ki, Azərbaycan haqqında bu fikri söyləmək olmur. Hamı gileyli olsa da, səhiyyəmizin problemlərindən danışanların sayı barmaqla sayılacaq qədər azdır. Araşdırmalar çox seyrək aparılır. Bu baxımdan "Azərbaycanın səhiyyə sektoru: mövcud vəziyyət və inkişaf perspektivləri" adlı araşdırma nəticəsində aparılan hesabatda üzə çıxarılan xüsusatlar rüsvayçı bir mənzərə yaradır. Hesabatın müəllifi iqtisadçı İlkin Nəzərovla bizim səhiyyənin acınacaqlı durumuna işıq salırıq.

Yerimiz çox aşağı sıralarda

İlk sualımız:

- Adambaşına səhiyyə xərclərinə görə MDB və dünyada yerimiz?

- Son illər səhiyyəyə ayrılan vəsait artırılsa da, Azərbaycan çox aşağı sıralarda yer alır. Son müqayisəli göstəricilər hələ yoxdur. Amma Ümümdünya Səhiyyə Təşkilatının statistik rəqəmləri var ki, bu da ümumi mənzərə haqqında təsəvvür verir. Ən yeni məlumatlar 2005-ci ilə aiddir və o vaxt ölkəmiz adambaşına səhiyyə xərclərinə görə dünyada 126-cı yeri tuturdu. Yəni adambaşına səhiyyə xərci 193 ABŞ dolları təşkil edib. Bu göstəriciyə həm dövlətin, həm də əhalinin səhiyyəyə xərclədiyi vəsaitin cəmi daxildir.

Həmin il ölkəmizdə adambaşına xərc dünya üzrə orta göstəricidən 4 dəfə aşağıdır. MDB ölkələri ilə müqayisədə Azərbaycan bu göstəriciyə əsasən, yalnız Tacikistan, Qırğızıstan, Moldova və Özbəkistandan öndədir. Digərlərindən isə geri qalır. Postsovet məkanında ən yüksək göstərici Litvaya məxsusdur - 862 dollar.

REKLAM

Dünyada ən yüksək göstərici ABŞ-a məxsusdur - 6350 dollar.

Səhiyyə xərclərində payına görə Azərbaycan dövləti dünyada 182-ci yerdədir. Bu da onu deməyə əsas verir ki, səhiyyə xərclərində dövlətin payı çox aşağıdır - cəmi 25 faiz. Tutalım, bir şəxs səhiyyə xidmətlərinə 200 manat ödəyirsə, bunun cəmi 50 manatı dövlətin hesabınadır, 150-si isə şəxsin öz cibindən çıxır. Bura dərmanların alınması, həkimlərə verilən qeyri-rəsmi ödənişlər, diaqnostik müayinələr və s. Hökumətin xərclərinə isə xəstəxanaların saxlanması, həkimlərin məvacibi və b. xərclər daxildir.

Bu göstəriciyə görə, keçmiş sovet məkanına daxil olan Gürcüstan və Tacikistan Azərbaycandan geri qalır. Digər ölkələrdə səhiyyə xərclərində dövlətin payı çoxdur.

İlkin hesablamalar göstərir ki, Azərbaycanda 2008-ci ildə adambaşına səhiyyə xərci 110 manat civarında olmuşdu. Bunun 40 manatı dövlətin, qalanı əhalinin üzərinə düşür. Amma dünya üzrə göstəricilər olmadığından müqayisə aparmaq çətindir.

Səhiyyə müəssisələri arasında rəqabət mühiti yoxdur

- Dövlətin payı azdırsa, əhali öz büdcəsindən səhhətinə pul xərcləməyə hazırdır. Keyfiyyətli xidmət isə yoxdur. Ağır xəstəliklərlə üzləşənlər Rusiya, Türkiyə və ya İrana gedirlər...

- Bunun səbəbləri dərindir. Səhiyyəyə ayrılan xərclərin az olduğunu dedik. Digər tərəfdən, səhiyyəyə ayrılan vəsait səmərəli şəkildə bölüşdürülmür, buna ictimai nəzarət, xidmətlərin keyfiyyətinə müvafiq dövlət nəzarəti zəifdir. Ən əsası, səhiyyə müəssisələri arasında rəqabət yoxdur. Rəqabət olmayan yerdə isə keyfiyyətdən söhbət gedə bilməz. Rəqabətin təmini üçün əsas vasitələrdən biri icbari tibbi sığortanın tətbiqidir ki, buna da 10 ildən artıqdır nail olunmur. Bütün bu amillər keyfiyyətin təmin edilməsinə mənfi təsir göstərir.

Onu da deyim ki, keyfiyyətli səhiyyə xidmətlərinin yoxluğunda bu xidmətlərdən istifadə edənlərin də payı var. Əhalimizin səhiyyə bilikləri bəsitdir. Pasientlər xəstəliyə qoyulan diaqnostikanın mahiyyəti haqqında məlumat almırlar. İnsanlar özləri diqqətli olmalı, məlumat almağa çalışmalıdır. Həkim savadlı xəstənin qarşısında daha məsuliyyətli olur. Maarifləndirilmə işlərini gücləndirmək günün tələbidir.

"Avropada avtomobillər avro-4 standartlarına uyğunlaşdırılır, Bakıda isə onlar heç avro-1 standartlarına cavab vermir"

- Xeyli sayda dövlət proqramları çərçivəsində xəstə insanlara yardımlar nəzərdə tutulur. Lakin dövlət büdcəsindən xərclənən pullar bu xəstəliklərin qarşısını almır. Əksinə, xəstəliklərin sayı ildən-ilə artır. Bunun izahı?

- Məqsədli dövlət proqramlarına ayrılan vəsaitin məbləği böyük deyil.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1 - 2 - 3
Bölmənin digər xəbərləri
 
Avqustda dünya üzrə daha 100 min nəfər "donuz qripi"nə yoluxacaq
Bizim ölkənin donuzçuluq təsərrüfatlarında isə "Afrika taunu" sarıdan vəziyyətin sabit olduğu deyilir

İnformasiya "sipər"ləri
Azərbaycanda informasiya şəffaflığı və onun əldə olunması haqda hüquqi normaların faktik işləmədiyi vətəndaş haqlarının addımbaşı pozulması ilə nəticələnir.

İstilər iyulun ikinci yarısında düşəcək
Kondisionerdən yanlış istifadə fəsadlara yol aça bilər

Çin uşaq oyuncaqları - ciddi təhlükə mənbəyi!
Laboratoriya sınaqları bunu təsdiq edib

Əcnəbilərin infeksion daşıyıcısı olub-olmadığı yoxlanılmır
Nazirlər Kabinetinin təsdiqlədiyi "Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə respublikada müvəqqəti yaşamaq üçün icazənin verilməsi qaydaları" ölkəyə gəlmək istəyənlərə yalnız qüvvəyə mindiyi gündən şamil olunacaq.

Bölgələrdə anbarlar tikiləcək
Ölkədə istehsal olunan meyvə-tərəvəz və ərzaq məhsullarının saxlanması üçün bölgələrdə soyuducular tikiləcək.

Uşaqlar üçün "qaynar xətt" açılacaq
Bu ayın son ongünlüyündən uşaqlar üçün "qaynar xətt" fəaliyyətə başlayır.

Dəmir yol gücləndirilmiş iş rejiminə keçdi
Dövlət Dəmir Yolu İdarəsi havaların isti keçməsilə bağlı gücləndirilmiş iş rejiminə keçib.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Buraxılış imtahanları: qaydalarda dəyişiklik edilir

Buraxılış imtahanları: qaydalarda dəyişiklik edilir


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Bizə Avropa bazarlarında "yaşıl işıq"

Bizə Avropa bazarlarında "yaşıl işıq"


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər