Hal-hazırda Ayna qəzetinin 04.07.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 04.07.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
"Naxçıvanın ermənilərə verilməsini Türkiyə əngəlləyib"
Rusiyanın tanınmış qafqazşünas alimi Azərbaycana vurğundur
Şənbə, 04.07.2009

mətn ölçüsü  

Tanınmış qafqazşünas alim və yazıçı Rudolf İvanov Naxçıvanskilər sülaləsinin tarixinə həsr olunmuş 5 cilddən ibarət kitab nəşr edib. APA-nın məlumatına görə, Rudolf İvanov kitabların təqdimatına həsr olunmuş mətbuat konfransında Azərbaycana vurğun bir adam kimi təqdim olunmasını istədiyini deyib.

Yazıçı Rusiyanın Hərb Tarixi Arxivində, Hərbi Arxivində, Federal Təhlükəsizlik Xidmətinin Arxivində, Sosial-Siyasi Tarix Arxivində, Xarici İşlər Nazirliyinin Arxivində və Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin Arxivində Naxçıvanskilər sülaləsindən olan 6 generalın fəaliyyətinə aid çoxlu maraqlı materiallar əldə etdiyini bildirib: "Naxçıvanskilər sülaləsinin 6 generalı Rusiya imperiyasına sədaqətlə xidmət etmişlər".

Tarixçi alim Qafqazda sovet hakimiyyətinin qurulması ilə bağlı maraqlı faktlar aşkarladığını da açıqlayıb. Belə ki, erməni mənşəli general Dro Naxçıvanı və Qarabağı ermənilərə vermək təşəbbüsünü irəli sürüb, Serqo Orconikidze də onu dəstəkləyərək əlavə edib ki, Naxçıvan bataqlıqdır və ermənilər bəlkə də bu hədiyyəni heç qəbul etməyəcək: "Türkiyə isə Rusiyaya bildirib ki, biz o vaxt dost ola bilərik ki, Naxçıvan Azərbaycanın tərkibində Türkiyənin protektoratında qalsın. Naxçıvan 1924-cü ilə kimi Sovet Naxçıvanı kimi yaşayıb, sonra isə Azərbaycanın tərkibində muxtar respublika statusunu alıb".

Rudolf İvanov Azərbaycan arxivlərinin durumundan şikayətlənib: "Mənə elə gəlir ki, bu tapıntıların yerli tarixçilər yox, mənim tərəfimdən aşkarlanmasının səbəbi odur ki, onların bu arxivlərdə işləmək, həmçinin Moskva və ya Sankt-Peterburqda aylarla qalıb arxivlərdə çalışmaq imkanları yoxdur".

Mətbuat konfransında iştirak edən millət vəkili Elmira Axundova rusiyalı alimin fikirləri ilə razılaşaraq bəyan edib ki, Azərbaycan arxivlərinin vəziyyətini qiymətləndirmək üçün komissiya yaradılmalıdır.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
Qazın qiymət artımı narazılıq yaradıb
Siyasi partiyalar hökumətin bu addımını pisləyir

Lənkəran 5000 turist gözləyir
Rayonda isə iki turizm obyekti dördulduz otel statusu alıb

Müsavatçı gənclər etiraz aksiyasına hazırlaşır
Lakin meriya bildirib ki, aksiya üçün seçilən ünvan "yalnız avtomobillərin hərəkəti üçündür"

İlham Əliyev Barak Obamaya təbrik məktubu göndərib
Prezident ABŞ xalqının milli bayramı - Müstəqillik gününü təbrik edib



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər