Müsavatçı gənclər etiraz aksiyasına hazırlaşır
|
Lakin meriya bildirib ki, aksiya üçün seçilən ünvan "yalnız avtomobillərin hərəkəti üçündür"
Şənbə, 04.07.2009
Səid Səid |
mətn ölçüsü |
|
|
|
Paytaxt İH Müsavat Partiyası Gənclər Təşkilatının orta məktəblərdə buraxılış imtahanlarına tətbiq olunan yeni qaydalara etiraz olaraq iyulun 6-da Təhsil Nazirliyinin binası qarşısında keçirmək istədiyi etiraz aksiyasına icazə verməyib. APA-nın məlumatına görə, İH ictimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsindən partiyaya ünvanlanan məktubda bildirilir ki, aksiya üçün partiyanın nəzərdə tutduğu yer yalnız nəqliyyatın hərəkət etməsi üçündür.
"Piyadalar üçün binanın ətrafında ayrılan sahələr geniş olmadığı üçün adıçəkilən ərazidə toplantı keçirmək mümkün deyil", - deyə verilən cavab məktubunda BşİH Təhsil Nazirliyinin binası qarşısında aksiya keçirilməsini məqsədəuyğun hesab etməməklə yanaşı, partiya üzvlərinə piket üçün alternativ yer da təklif edib. İcra hakimiyyəti iyulun 6-da saat 13:00-dan 15:00-a qədər partiyanın Gənclər Təşkilatına aksiya keçirmək üçün Səbayel rayonu Bibiheybət qəsəbəsində yerləşən "Neftçi" İdman-Sağlamlıq Mərkəzinin stadionunu təklif edib.
"Ayna"ya daxil olan məlumata görə, müsavatçı gənclər meriyanın təklif etdiyi ünvanı nəzərdə tutulmuş aksiyanın keçirilməsi üçün qeyri-məqbul hesab ediblər və bu səbəbdən də aksiyanı təyin etdikləri ünvanda keçirmək haqqında düşünürlər.я
|
|
|
|
|
|
|