![]() |
çap et |
|
|||
Lənkəranda mayın 15-dən turizm mövsümü başlanıb. Bu barədə "Ayna"ya Lənkəran Mədəniyyət və Turizm şöbəsindən bildirilib. Mövsüm sentyabr ayına qədər davam edəcək. Bu il Lənkərana 5000 turistin gələcəyi proqnozlaşdırılır. Bunların 30 faizini əcnəbi turistlər təşkil edəcək. Turistlər üçün Masallı-Lerik-Astara istiqamətində marşrutlar tərtib olunub. Lənkəranda 10 turizm obyekti rəsmi qeydiyyatdadır. Bunlardan 2-si dördulduz otel statusu alıb. Qeyd edək ki, 2008-ci il mövsümündə Lənkəranın turizm obyektlərində 4500 turist dincəlib.
Rayonda turist bələdçiləri hazırlamaq üçün kurslar təşkil edilib. Rayonda iki turizm mərkəzi razılıq lisenziyası almayıb. Ona görə onların fəaliyyəti dayandırılıb. 2009-cu ilin oktyabrından etibarən Lənkəranda Regional-Turizm İnformasiya Mərkəzi fəaliyyətə başlayacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan mərkəz bölgədə turizm obyektləri barədə məlumat resurs bazası yaradacaq, turizm marşrutlarını müəyyənləşdirəcək və bölgəyə gələn turistlərin statistikasını aparacaq. |