Hal-hazırda Ayna qəzetinin 04.07.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 04.07.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
Bako Saakyan Azərbaycan snayperlərindən narazıdır
MN onun sözlərini "qeyri-ciddi" adlandırır
Şənbə, 04.07.2009


Səid
mətn ölçüsü  

"Biz ATƏT Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə cəhdlərinə, əlbəttə, dəstək veririk. Ümid edirəm ki, Ermənistan və Azərbaycan prezidentlərinin qarşıdakı görüşündə irəliləyiş qeydə alınacaq". APA-nın "Novosti-Armeniya" agentliyinə istinadən verdiyi məlumata görə, bunu ATƏT-in fəaliyyətdə olan sədri, Yunanıstanın xarici işlər naziri Dora Bakoyanni Ermənistanda keçirdiyi mətbuat konfransında deyib.

O, prezidentlərin sonuncu - Sankt-Peterburq görüşünün çox faydalı olduğunu bildirib. Dora Bakoyanni problemin həlli və bölgədə insan həyatını qorumaq üçün əllərindən gələni edəcəklərini söyləyib. Nazir Cənubi Qafqazda təhlükəsizliyin təmini baxımından Ermənistanın çox mühüm ölkə olduğunu vurğulayıb.

Dora Bakoyanni iyulun 2-də separatçı Dağlıq Qarabağ rejiminin başçısı Bako Saakyanla da görüşüb. APA-nın "Armtoday" agentliyinə istinadən verdiyi məlumata görə, B. Saakyan görüşdən sonra jurnalistlərə açıqlamasında danışıqlarda Dağlıq Qarabağın nizamlanma prosesinə qoşulma məsələsini qaldırdıqlarını bildirib. B.Saakyan görüşdə atəşkəs rejiminin pozulması məsələsinin də müzakirə olunduğunu deyib.

"Azərbaycan tərəfi snayperləri təmas xəttindən geri çəkməkdən imtina edir". "Turan"ın məlumatına görə, bu barədə Yerevanda mətbuat konfransında Qarabağ separatçılarının lideri Bako Saakyan bildirib. O deyib ki, Dora Bakoyanni ilə görüşdə atəşkəs rejiminin pozulma məsələsi müzakirə olunub.

Onun sözlərinə görə, Qarabağ tərəfi bir müddət əvvəl iki təkliflə çıxış edib. Bunlar monitorinq qrupunun texniki imkanlarının artırılması və snayperlərin ön cəbhədən çıxarılması haqdadır: "Lakin Azərbaycan tərəfi snayperləri geri çəkməkdən imtina edib".

Öz növbəsində, Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti Saakyanın bəyanatını qeyri-ciddi adlandıraraq Ermənistan tərəfi atəşkəs rejimini pozmaqda ittiham edib.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Bako Saakyan Azərbaycan sneyperlərindən narazıdır

Bölmənin digər xəbərləri
 
Səfirlərin Xankəndi-İrəvan-Bakı turnesi
Qarabağdan İrəvana gedən heyət dünən axşamdan Bakıdadır. Erməni qaynaqları bu səfəri "məğlub ölkənin vəkillərinin təslim aktını imzalamaq üçün əl-ayağa düşmələri" kimi təqdim edir

"Azərbaycan Ordusunun güclü olduğu sübut edildi"
Hərbi Analitik Tədqiqatlar Mərkəzi iyun ayına dair hesabatını açıqladı: "Rusiya Qafqazdan uzaqlaşdırılmalıdır"

"Azəriqaz"da dəyişikliklər aparılacaq
Türkiyəyə satılan qazın qiyməti bu ölkənin daxili bazar qiymətinə uyğunlaşdırılacaq

Belarus traktorları və bizim meyvə-tərəvəz
Səfir Paskeviç söylədi ki, dünya böhranına baxmayaraq ölkələrimiz arasında mal dövriyyəsi azalmayıb

Qarabağla bağlı forum keçirilib
Müzakirədə isə xalqın problemlərə biganəliyi olub

Azərbaycanla Polşa arasında bir neçə saziş imzalanıb
"Zuğulba" iqamətgahında qəbul edilən Polşa prezidenti Azərbaycana etdiyi beşinci səfərdən də razı qalıb

ABŞ Rusiyanı Qəbələ RLS-dən çıxartmaq istəyir
Pentaqonda xüsusi ssenarilər işləməyə başlayıb, Azərbaycan 2012-ci ilə hazırlaşır

Vaqif Sadıqov: "Xarici siyasətimizdə prioritetlər dəyişməyib, amma siyahı genişlənib"
Rəsmi Bakı Batumidə Baş Konsulluq açmaq barədə düşünür

Bako Saakyan Azərbaycan sneyperlərindən narazıdır
MN onun sözlərini "qeyri-ciddi" adlanıdırır



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər