Polis zabitini öldürmək istəyənə hökm oxundu
 |
Məhkəmə İlqar Bədəlova 11 il 3 ay cəza təyin etdi
Şənbə, 04.07.2009
|
|
Gecə barını işlədən və polis zabiti arasında baş vermiş bu insident bu kimi məkanların pozğun mühitinə daha bir misal ola bilər. Bu işə Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmədə hakim Əlövsət Abbasovun sədrliyi ilə baxılırdı. Polis zabitinə ağır bədən xəsarəti yetirməkdə ittiham olunan İlqar Bədəlov 11 il 3 ay iş aldı.
Təqsirləndirilən şəxs ifadəsində qeyd edir ki, polis əməkdaşı ilə əvvəllər və hadisə baş verən günə kimi dost olublar. Onun sözlərinə görə, Səbayel rayonu ərazisində gecə barının istifadəsi ilə məşğul olub. Təqsirləndirilən şəxs ifadəsində qeyd edib ki, hadisə baş verməzdən bir neçə gün əvvəl istifadə etdiyi gecə barında polislər tərəfindən əməliyyat keçirilib və barda fahişəliklə məşğul olan bir neçə qadın tutulub: "Mən də bu məsələdə Dilsuzun təqsirkar olmasından və bar barədə polisə onun xəbər verməsindən şübhələndim. Hadisə baş verən gün onunla rastlaşdıq və bu məsələ barədə ondan soruşduqda aramızda mübahisə baş verdi. Nəticədə onu bıçaqladım".
İlqar Bədəlov CM 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham olunur. İttihama görə, İlqar Bədəlov bu il martın 2-də Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Xidmət İdarəsinin əməkdaşı, 1976-cı il təvəllüdlü Dilsuz Kazım oğlu Dəmirçiyevi bıçaqlayıb. Dilsuz Dəmirçiyev ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və həkimlərin ilkin tibbi yardım göstərməsindən sonra həyatını xilas etmək mümkün olub. Dilsuz Dəmirçiyev xidmət yerindən kənarda bıçaqlandığı və hadisənin onun xidməti fəaliyyətinə heç bir aidiyyəti olmadığını bildirsə də, məhkəmədə ifadə verən İlqar Bədəlov həmin məlumatın əsassız olduğunu iddia edir.
|
|
|
Oxşar xəbərlər:
Elnur Məmmədli polisdə!
|
|
|