Hal-hazırda Ayna qəzetinin 04.07.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 04.07.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Kriminal  
 
 
Zabit və əsgərlərin məhkəməsi başlayıb
Zabit və əsgərlərin məhkəməsi başlayıb
Onlar əsgəri zorlamaqda, erməni xüsusi xidmət orqanları ilə əməkdaşlıqda ittiham olunurlar
Şənbə, 04.07.2009

Hacı Zeynalov mətn ölçüsü  

Dövlətə xəyanətdə ittiham olunan bir qrup hərbi qulluqçunun mühakiməsi başlayıb. İşə Ağır Cinayətlərə dair İşlər üzrə Hərbi Məhkəmədə baxılır. Hakim Rəşid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin zabitləri, leytenant Xaqani Bəkir oğlu Cavadov, Rəşad Abışov, kiçik çavuşlar Elçin İbad oğlu Məmmədov, Samir Müxlis oğlu Tağıyev və əsgər Süleyman Lətifşah oğlu Əliyev mühakimə olunurlar.

İttihama görə, leytenant Rəşad Abışov dəstə başçısı leytenant Elçin Məmmədova qanunsuz olaraq odlu silahın komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular verməkdə təqsirləndirilir. Elçin Məmmədov və onun əlaltıları isə CM 150-ci (seksual xarakterli zorakılıq hərəkətləri etmə), 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 274-cü (dövlətə xəyanət), 333-cü (hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə), 338-ci (döyüş növbəsi çəkmə qaydalarını pozma), 341-ci (hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə), 349-cu (hərbi əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddələri ilə təqsirləndirilirlər.

"Kim istəmirsə, mobil telefona kontur yükləsin"

İttiham aktına görə, 2008-ci ilin fevralından başlayaraq "N" saylı hərbi hissənin zenit-pulemyot manqasının komandiri kiçik çavuş Elçin İbad oğlu Məmmədov digər kiçik çavuş Samir Tağıyevlə birlikdə əsgər Elməddin Əliyevi digər əsgər Nurlan Novruzovu döyməyə məcbur ediblər. Onların əmri əsasında E.Əliyev N.Novruzovun əllərini qapıya bağlayıb. Bundan sonra isə kiçik çavuşlar əllərini bir-birinin çiyninə qoyaraq əsgər Nurlan Novruzovun qarın nahiyəsinə təpiklə zərbələr vurublar. Elməddin Əliyevi də yumruqla Nurlan Novruzovun qarnından vurmağa məcbur ediblər.

Əsgərlər Nurlan Novruzov, Rəşad Şahbazov, Rəsul Məmmədov və Novruz Axundovu sıraya düzən çavuşlar "hamınız blindajın ətrafına posta çıxırsınız, kim istəmirsə, mobil telefona kontur yükləsin" deməklə onları telefonlarına kontur yükləməyə məcbur ediblər.

Çavuşların qanunsuz göstərişini icra etməkdən imtina edən əsgər Rəsul Məmmədov döyülüb. R.Məmmədovun verdiyi ifadədən məlum olur ki, sonradan onu əsgər yoldaşı Nurlan Novruzovun bədəninə hər birinin 9 kiloqram ağırlığı olan 5 ədəd zirehli gödəkçə geyindirməyə məcbur ediblər. Bu vəziyyətdə Nurlan Novruzova 1 saat ərzində blindajın ətrafında saat əqrəbi kimi dairə vurub parol dedizdirən çavuşlar onu təhqir etməkdən də çəkinməyiblər.

"Əsgərin anasını söyüb təhqir ediblər"

Bir neçə gün sonra Nurlan Novruzovun bədəninə yeddi ədəd zirehli gödəkçə geyindirən çavuşlar onu yenidən blindaj ətrafında qaçırıblar. İşgəncə əsgər huşunu itirənə qədər davam etdirilib. Özündən gedən əsgəri təpikləyərək ayıldan çavuşlar həmin gün ona təkrarən beş ədəd zirehli gödəkçə geyindirib bir saat ərzində sığınacağın ətrafında qaçırdıblar. Bundan sonra bədənində bir gödəkçə saxlamaqla bir saat ərzində sığınacağın içində taqım komandirinin otağının qarşısında dayanmasını əmr ediblər. Lakin bununla da kifayətlənməyib təpiklə ona zərbələr vurublar. Axşam vaxtı isə sığınacağın içində Nurlanın sifət nahiyəsinə sillələr vuraraq ana-bacı söyüşü ilə onu təhqir ediblər. Sillələr əsgərin sifətinə vurularkən kiçik çavuşlar öz hərəkətlərini "DŞK silləsi" adlandırıblar.

Lüt vəziyyətdə iki əsgəri it kimi boğuşmağa məcbur ediblər

Bir neçə gün sonra əsgər Nurlan Novruzova "döyüşə" komandası verən çavuşlar onu ayaqyoluna və geri, sığınacağa qədər sürünməyə məcbur ediblər.

2008-ci ilin fevral ayının ortalarında Elçin Məmmədov kiçik çavuş Samir Tağıyevlə birlikdə "DŞK" silahını sığınacaqda çarpayının üstünə qoyaraq kəndiri əsgər Novruz Axundovun boğazına keçirib həmin silaha bağlayıblar.

REKLAM

Əsgər Rəşad Şahbazovu isə düşmən qismində yaxınlaşıb silahı götürməyə, N.Axundovu isə bunun qarşısını almaq üçün it kimi hürməyə məcbur ediblər. Hər iki əsgəri özlərinin iti elan edən kiçik çavuşlar onların yalvarışlarına məhəl qoymadan paltarlarını soyundurublar. Fevral ayının soyuq günlərindən biri olmasına baxmayaraq lüt vəziyyətdə hər iki əsgəri it kimi boğuşmağa, bir-birini dişləməyə məcbur ediblər.

Hürməyən əsgəri odun parçası ilə döyüblər

Sonra əsgərləri çöldəki odunluqda kəndirlə bağlayaraq onlardan it kimi hürməyi tələb ediblər. Əsgər R.Şahbazov bundan imtina etdiyindən hər iki kiçik çavuş onu vəhşicəsinə odun parçası ilə döyüblər. Bütün bunlar digər əsgərlərin gözü qarşısında törədildiyindən onlardan heç biri qorxudan etiraz etməyib.

Bir neçə gün sonra bu səhnə yenidən təkrarlanıb. R.Şahbazovla N.Axundovu boyunlarından kəndirlə üzərinə televizor qoyulmuş masanın ayaqlarına bağlayıb onlardan tağım komandiri Xaqani Cavadov otağına girdikdə birincinin, çıxdıqda isə ikincinin hürməsini tələb ediblər. Buna nail olmaqla onlara işgəncə verilib.

Samir Tağıyev Elçin Məmmədovla birlikdə istifadə etdikləri 050 477-24-49 nömrəli "SİEMENS" markalı mobil telefona 2 və 5 manat dəyərində kontur yükləmələri barədə tabeliklərində olan əsgərlər Nurlan Novruzova, Rəsul Məmmədova, Novruz Axundova, Rəşad Şahbazova müntəzəm tapşırıqlar veriblər. Tapşırığı yerinə yetirməyənləri isə it kimi hürdürməklə yanaşı, dəhşətli işgəncələrə də məruz qoyublar.

Qarlı bir gündə R.Şahbazovla N.Axundovu sığınacaqdan lüt bayıra çıxaran "qəhrəman"lar əsgərləri bir-birinin bədənini qarla yumağa məcbur ediblər. Onları sığınacağa qaytardıqdan sonra "bu gün biz qızlarla danışmamışıq, bizə kontur yüklətdirin" deyiblər. R.Şahbazovla N.Axundov imtina etdikdə əsgər R.Şahbazova altı ədəd zirehli gödəkçə və dəbilqə geyindirərək onun müşahidə mövqeyinə çıxmasını əmr edib sonuncu ağırlığa dözə bilməyib yıxıldığı üçün onu lüt soyundurub sığınacağa aparıb dəmir xətkeşlə kürəyinə döyüblər. İşgəncələrə dözməyən əsgər valideyninə zəng edərək kiçik çavuşların telefonuna kontur yüklətdirib. Samir Tağıyev əsgər R.Şahbazov telefonuna kontur yüklətdirəndən sonra onun əvvəlcə etiraz etməsini xatırladaraq paltarlarını lüt soyundurub. Metaldan olan xətkeşi sobada qızdıraraq onun bədəninə basmaqla bir daha etiraz etməməsini tələb edib.

Bütün bu işgəncələr barəsində əsgərlərdən biri taqım komandiri Xaqani Cavadova məlumat versə də, sonuncu bu məlumatları qulaqardına vurub. İstintaq zamanı leytenantın əsgərlərlə çavuşların amansız rəftarına göz yummasının səbəbləri üzə çıxıb. Məlum olub ki, hələ 2007-ci ilin sonlarında kiçik çavuş Elçin Məmmədovla əlbir olmaqla Xaqani Cavadov ermənilərlə işbirliyinə razılıq verib. Erməni hərbçilər X.Cavadova "Tufan", E.Məmmədova isə "Best Tufan" ləqəbi verməklə onları casusluğa cəlb ediblər. 2007-ci ilin dekabr ayının əvvəllərində kiçik çavuşla leytenant əsgər M.M.-i "koma"ların yanına getməsini əmr edib yolda onu azdıraraq düşmən postuna aparıblar.

"Andrey" ləqəbli erməni əsgəri zorlayaraq kameraya çəkib

Ermənilərin "Andrey" adlı hərbçisi əsgər M.M.-i videokameraya çəkməklə zorladıqdan sonra ondan casusluq fəaliyyəti göstərməsini tələb edib. əsgər M.M.-dən xidmət etdiyi posta kimin və hansı səbəbdən gəlməsi, gəlmiş şəxsin hansı vəzifədə işləməsi, Şəmkir və Gədəbəy rayonlarında yerləşən hərbi hissələrdəki əsgərlərin sayı barədə məlumat toplayıb onlara ötürmələrinə dair tapşırıqlar verilib. Bu cinayət işi üzrə məhkəmə iclası davam edir.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
Polis zabitini öldürmək istəyənə hökm oxundu
Məhkəmə İlqar Bədəlova 11 il 3 ay cəza təyin etdi

Bacı-qardaşın məhkəməsi başa çatdı
600 manat borcdan yaxa qurtaran Gəncə sakinləri uzun illər həbsxana həyatı yaşamalı olacaqlar



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər