çap et  
Azəbaycan-Almaniya matçının hakimi bəlli oldu
Şənbə, 04.07.2009


Futbol üzrə Azərbaycan və Almaniya milli komandaları arasında avqustun 12-də keçiriləcək 2010-cu il dünya çempionatının seçmə qrup matçının hakimlər briqadası müəyyənləşib.

AFFA-nın internet saytının məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçı irlandiyalı hakimlər briqadası idarə edəcək. Baş hakim Alen Kelliyə yan xətt hakimləri qismində Mark Duqlas və Damyen Makqrat kömək edəcəklər. Saat 21:00-da başlanacaq matçın hakim-inspektoru Luçiana Luçi (İtaliya), komissarı isə Jan-Mari Filipsdir (Belçika).