|
|
Şənbə, 04.07.2009
|
|
mətn ölçüsü |
|
|
|
Azərbaycan polisinin yaranmasının 91 illiyi ilə bağlı daxili işlər naziri general-polkovnik Ramil Usubov bir qrup polis əməkdaşını qəbul edib. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Ramil Usubov xidməti vəzifələrin icrasında xüsusi fərqlənmiş 11 əməkdaşa polis günü münasibətilə mükafat qaydasında xüsusi rütbələr verib.
Sonra nazir Pekin Olimpiadasının qalibi Elnur Məmmədliyə "polis leytenantı" xüsusi rütbəsini və zabit poqonlarını təqdim edərək olimpiya çempionunun idmanda olduğu kimi cinayətkarlıqla mübarizə və ictimai asayişin qorunması sahəsində də uğur qazanacağına inandığını bildirib.
|
|
|
Oxşar xəbərlər:
Polis zabitini öldürmək istəyənə hökm oxundu
|
|
|