İsveçrənin Nion şəhərində futzal üzrə UEFA kubokunun püşkatması keçirilib və Naxçıvanın "Araz" klubunun 2009/2010 mövsümündəki rəqibləri müəyyənləşib. İkinci seçmə mərhələdən mübarizəyə qoşulacaq ölkə çempionu 5-ci qrupda "MNC Potpiçan" (Xorvatiya), "KMF Kolubara Lazareveç" (Serbiya), həmçinin 1-ci seçmə mərhələnin "B" qrupunun qalibi ilə birgə yarışacaq.
Qrup oyunları Xorvatiyada təşkil olunacaq. Bu oyunlara vəsiqə qazanmaq üçün birinci təsnifat mərhələsində mübarizə aparacaq komandalar da məlum olub. "RCS Koşitçe" (Slovakiya), "Omoniya" (Kmpr), "Sifeld Sürix" (İsveçrə), "Nidaros Futzal" (Norveç) klubları "Araz"ın potensial rəqibləridir.
|