Hal-hazırda Ayna qəzetinin 04.07.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 04.07.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İdman  
 
 
Növbəti hakim qalmaqalı
Növbəti hakim qalmaqalı
Hakimlikdən qovulan Babək Quliyev aclıq aksiyası keçirəcəyini dedi
Şənbə, 04.07.2009

Kərim Nəsrullah mətn ölçüsü  

Azərbaycan futbolunda daha bir qalmaqal başlayır. Mart ayında qeyri-müəyyən müddətə hakimlikdən qovulan FİFA referisi Babək Quliyev mətbuat konfransı keçirərək üzləşdiyi hadisə ilə bağlı maraqlı açıqlamalar verdi.

Əvvəlcə AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovdan şikayət etdi və ondan "Qarabağ" - "Bakı" matçı ilə bağlı sifariş aldığını bildirdi: "Xaqani Məmmədov mənə dedi ki, bu, "Qarabağ"ın son şansıdır. "Bakı" ilə oyunda onlara kömək etməlisən, Ağdam komandası qalib gəlməlidir. Lakin bununla razılaşmadım. Xaqani Məmmədovdan dərhal sonra Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev məni otağa çağırıb soruşdu: "Hazırsanmı? Cavabında dedim ki, hazıram".

Babək Quliyevin sözlərinə görə, "Bakı"-"Qarabağ" (2:0) matçından 3 gün sonra, yəni martın 10-da Musayevlə yenidən görüşüb. Görüş zamanı Ramin Musayev AFFA prezidenti Rövnəq Abdullayevin həmin matçı idarə etmiş hakimlərdən narazı qaldığını və onları cəzalandırmasını tapşırdığını bildirib: "Ramin Musayev mənə vəziyyəti başa saldı və söylədi ki, sən hakimlikdən uzaqlaşdırılmalısan".

Babək Quliyev vurğuladı ki, Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov ondan rüşvət istəyib: "Peşəkar Futbol Liqası birinci dövrənin ən yaxşı hakimini müəyyənləşdirərkən Xaqani məndən rüşvət istədi. Dedi, 2000 manat ver, Anar Niyazovu yox, səni ən yaxşı hakim seçək. Mən də 1500 manat verib birinci dövrənin ən yaxşı hakimi oldum". 35 yaşlı referi aclıq aksiyasına başlayacağını istisna etməyib: "Bir həftədən sonra yenidən mətbuat konfransı keçirəcəyəm. Dövlət başçısı İlham Əliyevə müraciət ünvanlayacağam. Əminəm ki, prezident bundan xəbər tutduqdan sonra haqq-ədalət yerini tutacaq. Əgər işlər müsbət həllini tapmasa, aclıq aksiyası keçirəcəyəm".





Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
Milli 28 qat(!) dünya rekordçusuna tapşırıldı
Ağır atletika yığmamızla bolqarıstanlı mütəxəssis Yanko Rusev məşğul olacaq Azərbaycanın ağırlıqqaldırma üzrə milli yığma komandasına bolqarıstanlı mütəxəssis Yanko Rusev başçılıq edəcək.

Yarıtmadılar
"Simurğ"un debütü alınmadı, "İnter" isə növbəti mərhələyə çıxmaq şansını saxladı

Yarış davam edir
Gənc pəhləvanlarımız qitə birinciliyində 1 qızıl və 2 gümüş medal qazanıblar

"Araz"ın rəqibləri bəlli oldu
İsveçrənin Nion şəhərində futzal üzrə UEFA kubokunun püşkatması keçirilib və Naxçıvanın "Araz" klubunun 2009/2010 mövsümündəki rəqibləri müəyyənləşib.

Elnur Məmmədli polisdə!
Azərbaycan polisinin yaranmasının 91 illiyi ilə bağlı daxili işlər naziri general-polkovnik Ramil Usubov bir qrup polis əməkdaşını qəbul edib.

Azəbaycan-Almaniya matçının hakimi bəlli oldu
Futbol üzrə Azərbaycan və Almaniya milli komandaları arasında avqustun 12-də keçiriləcək 2010-cu il dünya çempionatının seçmə qrup matçının hakimlər briqadası müəyyənləşib.

"Standard"a yeni məşqçi gəldi
"Standard" klubunun yeni baş məşqçisi müəyyənləşib.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
"Azərbaycan üzvlük üçün NATO-ya müraciət etməlidir"

"Azərbaycan üzvlük üçün NATO-ya müraciət etməlidir"


Mübariz İbrahimov üçün RF səfirliyinə müraciət

Mübariz İbrahimov üçün RF səfirliyinə müraciət


Bahalaşma süni yolla yaradılır

Bahalaşma süni yolla yaradılır


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər