Hal-hazırda Ayna qəzetinin 04.07.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 04.07.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İdman  
 
 
Yarıtmadılar
Yarıtmadılar
"Simurğ"un debütü alınmadı, "İnter" isə növbəti mərhələyə çıxmaq şansını saxladı
Şənbə, 04.07.2009

İlham Kərimoğlu mətn ölçüsü  

İyulun 2-də 2009/2010-cu illər mövsümü Avropa Kuboku yarışlarında ilk matçlar keçirilib. Bu ildən UEFA Kubokunu əvəzləyən Avropa Liqasının ilk təsnifat mərhələsində mübarizəyə başlayan klublarımızdan ikisi - "İnter" və "Simurğ" turnirə məğlubiyyətlə başlayıb. Zaqatalanın "Simurğ" və Bakının "İnter" klubları müvafiq olaraq "Bney Yehuda" (İsrail) və "Spartak" (Trnava, Slovakiya) komandalarına uduzub.

"Simurğ" Avropa kuboklarında debüt matçını Tofiq Bəhramov adına Respublika stadionunda keçirib. Ukraynalı baş məşqçi Roman Pakoranın yetirmələri matçdan əvvəl "uduzmaq istəyirik" deyən israilli həmkarının arzusunu ürəyində qoyublar. Əksinə, oyunu əvvəldən axıradək müdafiədə keçirən Zaqatala komandası rəqib qapısı qarşısında təhlükəli vəziyyətlər yaratmaqda çətinlik çəkib. Əvəzində bir neçə qol epizodunu boşa verən "Bney Yehuda", nəhayət, 83-cü dəqiqədə fərqlənə bilib. Asi Balbut matçda vurulan yeganə qolun müəllifi olub.

Matçdan sonra keçirilən mətbuat konfransında "Simurğ"un baş məşqçisi pərişan görünürdü: "Bu bizim qitəmiqyaslı yarışlarda ilk matçımız idi. Təəssüf ki, uduzduq. Bəzi yeni futbolçular komandaya uyğunlaşmayıb. Müdafiənin sol cinahında səhvə yol verdik və nəticədə rəqib bizi cəzalandırdı. Bununla da işimizi çətinə salsaq da, ümidimizi itirmirik. Cütün taleyi Tel-Əvivdə, cavab matçında müəyyənləşəcək".

"Bney Yehuda"nın baş məşqçisi Qay Luzona isə oyundan və yetirmələrindən razı qalıb: "Bərabər səviyyəli oyun keçdi. Amma rəqibimizin də qol vurmaq imkanı oldu. Məncə, oyunun ədalətli nəticəsi heç-heçə idi".

"İnter" isə Slovakiyada "Spartak"a məğlub olub. Vladimir Kozuxun 20-ci və 26-cı dəqiqələrdə vurduğu qollara komandamız 80-ci dəqiqədə Anxel Qutyerresin dəqiq zərbəsi ilə cavab verib - 1:2. Bununla da ilk dəfə keçirilən Avropa Liqası turnirində ölkəmizin birinci qoluna imza atan Qutyerres komandamızın növbəti mərhələyə çıxmaq şansını artırıb. Xatırladaq ki, Yevlaxın "Karvan" komandası bir neçə il əvvəl Slovakiyanın bu klubunu yarışlardan kənarlaşdırmağı bacarmışdı.

Bu oyunla bağlı daha bir məqam odur ki, gənc mütəxəssis Kaxaber Sxadadze "İnter"in baş məşqçisi postunda debütünü məğlubiyyətlə qeyd edib.

Xatırladaq ki, Avropa Liqası ilk təsnifat mərhələsinin cavab oyunları iyulun 9-da olacaq.





Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
Milli 28 qat(!) dünya rekordçusuna tapşırıldı
Ağır atletika yığmamızla bolqarıstanlı mütəxəssis Yanko Rusev məşğul olacaq Azərbaycanın ağırlıqqaldırma üzrə milli yığma komandasına bolqarıstanlı mütəxəssis Yanko Rusev başçılıq edəcək.

Növbəti hakim qalmaqalı
Hakimlikdən qovulan Babək Quliyev aclıq aksiyası keçirəcəyini dedi

Yarış davam edir
Gənc pəhləvanlarımız qitə birinciliyində 1 qızıl və 2 gümüş medal qazanıblar

"Araz"ın rəqibləri bəlli oldu
İsveçrənin Nion şəhərində futzal üzrə UEFA kubokunun püşkatması keçirilib və Naxçıvanın "Araz" klubunun 2009/2010 mövsümündəki rəqibləri müəyyənləşib.

Elnur Məmmədli polisdə!
Azərbaycan polisinin yaranmasının 91 illiyi ilə bağlı daxili işlər naziri general-polkovnik Ramil Usubov bir qrup polis əməkdaşını qəbul edib.

Azəbaycan-Almaniya matçının hakimi bəlli oldu
Futbol üzrə Azərbaycan və Almaniya milli komandaları arasında avqustun 12-də keçiriləcək 2010-cu il dünya çempionatının seçmə qrup matçının hakimlər briqadası müəyyənləşib.

"Standard"a yeni məşqçi gəldi
"Standard" klubunun yeni baş məşqçisi müəyyənləşib.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər