Milli 28 qat(!) dünya rekordçusuna tapşırıldı
 |
Şənbə, 04.07.2009
|
|
mətn ölçüsü |
|
|
|
Ağır atletika yığmamızla bolqarıstanlı mütəxəssis Yanko Rusev məşğul olacaq Azərbaycanın ağırlıqqaldırma üzrə milli yığma komandasına bolqarıstanlı mütəxəssis Yanko Rusev başçılıq edəcək. "azerisrort.com" saytının yaydığı məlumata görə, 1980-ci il Moskva Yay Olimpiya oyunlarının qızıl medalçısı milli komandamızla məşğul olacaq və atletlərimizi 2012-ci il London Olimpiadasına hazırlayacaq.
Hələ iyunun 9-da ölkəmizdə səfərdə olan Yanko Rusev Azərbaycan gənclər və idman naziri Azad Rəhimovla görüşüb, həmin gün keçirilən Azərbaycan -İspaniya futbol matçını izləyib, ağır atletika bazası ilə tanış olub. Ağır atletika üzrə milli komandaya başçılıq etmək təklifi üzərində düşünmək üçün vaxt istəyən bolqar mütəxəssis sonradan Azərbaycanda işləməyə razılıq verib.
67 kq çəki dərəcəsində 1980-ci il Olimpiadasının qızıl medalını qazanan Yanko Rusev beş dəfə dünya və Avropa çempionu olub, iki dəfə dünya və qitə birinciliyinin gümüş mükafatına sahib çıxıb. Yanko Rusev idmançı karyerası dövründə 28 dəfə dünya rekordunu təzələyib, 1993-cü ildə isə Beynəlxalq Ağır Atletika Federasiyası Şöhrət Zalının üzvü seçilib.
Xatırladaq ki, Azərbaycan ağır atletləri indiyə kimi olimpiya çempionu ola bilməyiblər. Yanko Rusevin Azərbaycana məşqçi kimi gətirilməsində məqsəd ilk növbədə bu sahədə inkişafa təkan verməkdir.
|
|
|
|
|
|
Bölmənin digər xəbərləri
Yarıtmadılar
"Simurğ"un debütü alınmadı, "İnter" isə növbəti mərhələyə çıxmaq şansını saxladı
|
Növbəti hakim qalmaqalı
Hakimlikdən qovulan Babək Quliyev aclıq aksiyası keçirəcəyini dedi
|
Yarış davam edir
Gənc pəhləvanlarımız qitə birinciliyində 1 qızıl və 2 gümüş medal qazanıblar
|
"Araz"ın rəqibləri bəlli oldu
İsveçrənin Nion şəhərində futzal üzrə UEFA kubokunun püşkatması keçirilib və Naxçıvanın "Araz" klubunun 2009/2010 mövsümündəki rəqibləri müəyyənləşib.
|
Elnur Məmmədli polisdə!
Azərbaycan polisinin yaranmasının 91 illiyi ilə bağlı daxili işlər naziri general-polkovnik Ramil Usubov bir qrup polis əməkdaşını qəbul edib.
|
Azəbaycan-Almaniya matçının hakimi bəlli oldu
Futbol üzrə Azərbaycan və Almaniya milli komandaları arasında avqustun 12-də keçiriləcək 2010-cu il dünya çempionatının seçmə qrup matçının hakimlər briqadası müəyyənləşib.
|
"Standard"a yeni məşqçi gəldi
"Standard" klubunun yeni baş məşqçisi müəyyənləşib.
|
|
|