Moskvada Azərbaycan Mədəniyyəti günləri başa çatıb
Şənbə, 04.07.2009
mətn ölçüsü
Bu həftə Moskvada başlayan Azərbaycan Mədəniyyət günləri başa çatıb. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyevanın "Ayna"ya verdiyi bilgiyə görə, Moskvada Azərbaycan Mədəniyyət günləri iyulun 2-də yekunlaşıb. Kazanda isə iyulun 3-də başlayacaq mədəniyyət günləri həmin ayın 5-də yekunlaşacaq.
Mətbuat əlaqələndiricisi bildirdi ki, Moskvada keçirilən Mədəniyyət günləri çərçivəsində rəssam Tahir Məmmədovun fotosərgisi açılıb. Daha sonra Moskva Kremlinin Sütunlu Zalında Gənclər Simfonik Orkestrinin və Xoreoqrafiya Məktəbinin kiçik rəqs kollektivinin iştirakı ilə maraqlı konsert proqramı təqdim edilib. Tədbir çərçivəsində azərbaycanlı musiqiçilər Moskvanın Ulduz şəhərciyində konsert proqramı ilə çıxış ediblər.
Öyrəndik ki, Tahir Məmmədovun fotosərgisi Kazandakı Azərbaycan Mədəniyyəti günlərində də təşkil ediləcək. Eyni sərgidə rəssam Fərid Hayrullinin də əl işlərinin nümayişi nəzərdə tutulub.
Azərbaycanlı musiqiçilər caz festivalında çıxış edəcəklərİyulun 3-dən 18-dək İsveçrədə 43-cü "Montre Caz Festivalı" keçiriləcək. Müsabiqənin rəsmi internet saytının yazdığına görə, beynəlxalq Montre Caz Festivalında Azərbaycan da təmsil olunacaq.