çap et  
Bakıda V müəllif mahnıları festivalı keçiriləcək
Şənbə, 04.07.2009


Bakıda V Müəllif Mahnıları Festivalı keçiriləcək. Mədəniyyət və Turizm İdarəsindən verilən bilgiyə görə, festival 4-9 iyul tarixləri üçün nəzərdə tutulur. Festival Gənclər və İdman Nazirliyinin dəstəyi, "Bakı Müəllif Mahnıları Klubu"nun təşkilatçılığı ilə keçirilir. İştirak üçün dünyanın müxtəlif ölkələrindən, o cümlədən Rusiya, İsrail, ABŞ, Kanada və Gürcüstandan olan müəlliflər Bakıya toplaşacaqlar. Bu il "Bakı Müəllif Mahnıları Klubu"nun 35 yaşı tamam olur. Klub yubileyini ilk dəfə 5 il öncə Moskvada qeyd edib. Klubun rəhbəri Cavid İmamverdiyev bildirir ki, qurum dünyanın müxtəlif ölkələrində yaşayan çoxlu sayda müəllifi özündə birləşdirir.