çap et  
Angelina Coli və Cennifer Aniston savaşı
Angelina Coli və Cennifer Aniston savaşı
Birinci xanım rəqibini üstələdi
Şənbə, 04.07.2009

Şəms
Şəms

Hollivudun ünlü simalarından olan Angelina Coli və Cennifer Anistonun münasibətləri yenidən gərilib. Onların Hollivudun aktrisaları siyahısında zirvələri paylaşacağı deyilirdi. Amma Coli 27 milyon qazanaraq həyat yoldaşının keçmiş xanımı olan rəqibini üstələyib.

İngiltərənin Forbes.com-un apardığı araşdırmanın nəticələrində sıralama zirvəyə Colini ötürərək ikinciliyi 25 milyon dollarlıq qazancla Cennifer Anistona verib. Xəbərdə Colinin qazancının böyük bir qisminin "Wanted" adlı filmdən gəlməsi, çəkilişləri davam edən "Salt" filmindən də bir qədər qonorar aldığı məlum olub.