Hal-hazırda Ayna qəzetinin 04.07.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 04.07.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Mədəniyyət  
 
 
"Şeron" qrupu bir daha dağılmayacaq
"Şeron" qrupu bir daha dağılmayacaq
Qrupun üzvləri söz verdilər
Şənbə, 04.07.2009

Xatun mətn ölçüsü  

"Ülvi Cəfərovun rəhbərlik etdiyi "Şeron" qrupu bir sıra yeni layihələr hazırlayır. Qrup rəhbərinin məlumatına görə, onların bu yöndə görəcəkləri ilk iş unudulmuş mahnılara yeni nəfəs verməkdən ibarətdir.

Öyrəndik ki, qrupun ilk seçimi "Səadət" mahnısıdır. Klassik əsərin efir versiyasını düşünən qrup üzvləri çəkilişlərin iyulun sonlarına planlaşdırıldığını dedilər. Ülvi isə əlavə olaraq bildirdi ki, "Dənizin sahilində" mahnısı bu silsilədən yazılacaq növbəti mahnı olacaq.

"Şeron" qrupu yayın istisinə məhəl qoymayaraq albom hazırlıqlarını davam etdirir. Saatlarla studiyada hazırlıq prosesi keçən qrup üzvləri "Oğuz yurdu" adlanan toplunun tezliklə işıq üzü görəcəyini bildirdilər. Repertuarlarında aşıq havalarının uğurlu yer tutduğunu deyən Ülvi Cəfərov bu barədə də yeniliklər düşünüb: "Axtarışlar aparır və musiqiçilərlə məsləhətləşirik. İstəyimiz budur ki, növbəti aşıq havası "Çəkər ha" qədər qulaqlarda xoş səslənsin. Bizim gördüyümüz bu və digər işlər hər nəsil dinləyicilərin ürəyincədir. Ona görə də qərara gəldik ki, klassik əsərlərə yeni nəfəs verməklə yanaşı, onların təbliğatını da aparaq".

Ülvi Cəfərovun dediyinə görə, haqqında danışdığı musiqili proqramı qrup həm dövlət tədbirlərində, həm şou-proqramlarda və eyni zamanda, el şənliklərində səsləndirə bilir.

Yaxın aylarda "Şeron" qrupunun yaranmasının 10 ili tamam olacaq. Bu zaman kəsiyində bir sıra qalmaqallarda adı keçən, eyni zamanda, parçalanaraq sonradan yeni heyətlə birləşən bu qrupun üzvləri artıq yumruq kimi birləşdiklərini deyirlər. Onlar 10 illik yubileylərini konsert şəklində təqdim etməyi düşünürlər. Konsertin proqramı üzərində çalışan "Şeron"çular repertuarı həm klassik, həm də müasir mahnılarla zənginləşdirəcəklərini bildirdilər.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
Alim Qasımov yenidən Məcnun olmaq istəyir
Xanəndə bu məşhur operaya yeni nəfəs gətirmək arzusuna düşüb

Aysel Tarkanla duet oxumaq istəyir
Müğənni bunu Türkiyədə keçirdiyi mətbuat konfransında açıqladı

Aktyorların yaradıcılığı elektron layihədə əksini tapacaq
Həmidə Ömərova belə bir sayt yaradır

İlhamə Quliyeva xeyirxah pəri obrazında
Sənətçinin tərəf-müqabilləri azyaşlılardır

"Azərbaycan incəsənəti dünya muzeylərində"
AMEA Memarlıq və İncəsənət İnstitutu bu adda toplu nəşr etdirib

Lalə Məmmədova: "Mən mahnılarımı tək deyil, yoldaşım - məsləhətçimlə seçirəm"
"O mənim mahnılarımın ilk dinləyicisidir. Amma deyim ki, son söz hər zaman mənim olur, axı mahnıları mən ifa edirəm"

Natəvan Həbibi konsert verməyəcək
Müğənni baş tutmayan konsertinə Zamiqə görə razılıq verdiyini deyir

Nisə Qasımova 2 ay "Xoşvaxt olun" deməyəcək
Müğənni proqramına fasilə verdi

"Yaprak dökümü"nün qəhrəmanı əvvəl imtahan verəcək, sonra evlənəcək
O, sevgilisi Özcan Dənizlə filmdə çəkiləcək

Polad Bülbüloğlu ifa etdiyi xalq mahnılarının simfonik variantı üzərində işləyir
Bəstəkarın baleti ölkələr gəzir

Röyanın səhhəti pisləşib
Müğənni həkimin rəyinə əməl etməyib

Yalçın Rzazadə "Acıbadem" klinikasına yerləşdirildi
Ürəkdə əməliyyat gələn həftəyə təyin olunub

Angelina Coli və Cennifer Aniston savaşı
Birinci xanım rəqibini üstələdi

Milli teatr Türkiyə səfərindən qayıtdı
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı Türkiyənin 4 şəhərində qastrol səfərindən qayıdıb.

Bakıda V müəllif mahnıları festivalı keçiriləcək
Bakıda V Müəllif Mahnıları Festivalı keçiriləcək.

Moskvada Azərbaycan Mədəniyyəti günləri başa çatıb
Bu həftə Moskvada başlayan Azərbaycan Mədəniyyət günləri başa çatıb.

Azərbaycanlı musiqiçilər caz festivalında çıxış edəcəklər
İyulun 3-dən 18-dək İsveçrədə 43-cü "Montre Caz Festivalı" keçiriləcək. Müsabiqənin rəsmi internet saytının yazdığına görə, beynəlxalq Montre Caz Festivalında Azərbaycan da təmsil olunacaq.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər