çap et  
"Yaprak dökümü"nün qəhrəmanı əvvəl imtahan verəcək, sonra evlənəcək
"Yaprak dökümü"nün qəhrəmanı əvvəl imtahan verəcək, sonra evlənəcək
O, sevgilisi Özcan Dənizlə filmdə çəkiləcək
Şənbə, 04.07.2009


Boğaziçi Universiteti imtahanlarına hazırlaşan "Yaprak dökümü" serialının qəhrəmanlarından biri Fahriye Evcen (Necla) aylardır çalışır. Müğənni Özcan Dənizlə sevgili olan aktrisa tezliklə imtahan verərək tələbə adını yenidən daşıyacağını açıqlayıb. Hazırda ailəsi ilə birlikdə Almaniyada yaşayan aktrisa imtahanları İstanbulda verəcəyini bildirib.

Türk mediasının yazdığına görə, Fahriye Evcen avqustun ortalarından başlayaraq Özcan Dənizlə bir filmdə rol alacaq. Növbəti ayda isə onların nikaha daxil olacağı deyilir. Mövzu ilə bağlı açıqlama verən aktrisa bunları deyib: "Mənim üçün gündəmdə olan tək şey imtahandır. Tələbə adını yenidən qazanmaq istəyirəm. Ondan sonra filmin hazırlıqlarına başlayacam. Ssenarini oxumuşam. Lakin bununla bağlı atacağım növbəti addımın nədən ibarət olacağını hələ bilmirəm".