Hal-hazırda Ayna qəzetinin 04.07.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 04.07.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Mədəniyyət  
 
 
İlhamə Quliyeva xeyirxah pəri obrazında
İlhamə Quliyeva xeyirxah pəri obrazında
Sənətçinin tərəf-müqabilləri azyaşlılardır
Şənbə, 04.07.2009

Z.Rüstəm mətn ölçüsü  

Xalq artisti İlhamə Quliyeva sözləri Cəlal Qurbanova, musiqisi Gövhər Həsənzadəyə məxsus "Sevgi dünyamız" adlı mahnıya klip çəkdirib. Çəkilişləri rejissor Nail Naiboğlunun rəhbərlik etdiyi heyət aparıb. Pavilyonda lentə alınan ekran işində İlhamə xanım xeyirxah pəri obrazını canlandırıb. Rejissor Nail Naiboğlunun sözlərinə görə, klip "Uşaq ili"nə həsr olunub. Bu məqsədlə də İlhamə xanımın klipdə tərəf-müqabili rolunda uşaqlar çıxış ediblər.

İlhamə xanım öz növbəsində bildirdi ki, hazır ekran işi tamaşaçılara onun avqustda gözlənilən doğum günündə təqdim ediləcək.

Bir müddət öncə İlhamə xanım sözügedən klipi Aqil M.Quliyevin ekranlaşdıracağını bildirmişdi. Lakin bəlli olmayan səbəblərdən bu, Nail Naiboğluna həvalə edildi. Rejissorun sözlərinə görə, "Sevgi dünyamız" İlhamə xanım üçün ekranlaşdırdığı 4-cü klipi hesab olunur. Bu mahnıya ekran həyatı vermək üçün bir neçə rejissor maraq göstərsə də, İlhamə xanım sözügedən rejissorun adı üzərində dayanıb. Tərəflərin əməkdaşlığının növbəti aylarda da davam etdiriləcəyi bildirilir.

Söhbət zamanı bəlli oldu ki, Nail bəy daha bir sənətçinin klipinə rejissorluq edib. Milli filmlərimizə böyük maraq göstərən gənc müğənni Lalə Məmmədova yenicə çəkilən klipini bunlardan birinin üzərində qurub. Lakin nə Lalə xanım, nə də ki klipin rejissoru hansı filmin kadrlarından bəhrələndiklərini əvvəlcədən söyləmək istəmədilər. Öyrənə bildik ki, ekran həyatı verilən mahnının sözləri Xanım İsmayılqızının, musiqisi Aygün Səmədzadənin olan "Ömrümüzün ilk sevgisi"dir.

Lalə Məmmədovanın məlumatına görə, ekran işi saf sevgi üzərində qurulub. Rejissorun işinə hər hansı bir müdaxilə etməyən Lalə xanım mövqeyini sonda bildirəcəyini deyir. Klipin rejissoru isə hesab edir ki, onun əməyinin məhsulu milli klip bazarında birincilərdən olacaq.





Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
Alim Qasımov yenidən Məcnun olmaq istəyir
Xanəndə bu məşhur operaya yeni nəfəs gətirmək arzusuna düşüb

Aysel Tarkanla duet oxumaq istəyir
Müğənni bunu Türkiyədə keçirdiyi mətbuat konfransında açıqladı

Aktyorların yaradıcılığı elektron layihədə əksini tapacaq
Həmidə Ömərova belə bir sayt yaradır

"Azərbaycan incəsənəti dünya muzeylərində"
AMEA Memarlıq və İncəsənət İnstitutu bu adda toplu nəşr etdirib

Lalə Məmmədova: "Mən mahnılarımı tək deyil, yoldaşım - məsləhətçimlə seçirəm"
"O mənim mahnılarımın ilk dinləyicisidir. Amma deyim ki, son söz hər zaman mənim olur, axı mahnıları mən ifa edirəm"

Natəvan Həbibi konsert verməyəcək
Müğənni baş tutmayan konsertinə Zamiqə görə razılıq verdiyini deyir

Nisə Qasımova 2 ay "Xoşvaxt olun" deməyəcək
Müğənni proqramına fasilə verdi

"Yaprak dökümü"nün qəhrəmanı əvvəl imtahan verəcək, sonra evlənəcək
O, sevgilisi Özcan Dənizlə filmdə çəkiləcək

Polad Bülbüloğlu ifa etdiyi xalq mahnılarının simfonik variantı üzərində işləyir
Bəstəkarın baleti ölkələr gəzir

Röyanın səhhəti pisləşib
Müğənni həkimin rəyinə əməl etməyib

"Şeron" qrupu bir daha dağılmayacaq
Qrupun üzvləri söz verdilər

Yalçın Rzazadə "Acıbadem" klinikasına yerləşdirildi
Ürəkdə əməliyyat gələn həftəyə təyin olunub

Angelina Coli və Cennifer Aniston savaşı
Birinci xanım rəqibini üstələdi

Milli teatr Türkiyə səfərindən qayıtdı
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı Türkiyənin 4 şəhərində qastrol səfərindən qayıdıb.

Bakıda V müəllif mahnıları festivalı keçiriləcək
Bakıda V Müəllif Mahnıları Festivalı keçiriləcək.

Moskvada Azərbaycan Mədəniyyəti günləri başa çatıb
Bu həftə Moskvada başlayan Azərbaycan Mədəniyyət günləri başa çatıb.

Azərbaycanlı musiqiçilər caz festivalında çıxış edəcəklər
İyulun 3-dən 18-dək İsveçrədə 43-cü "Montre Caz Festivalı" keçiriləcək. Müsabiqənin rəsmi internet saytının yazdığına görə, beynəlxalq Montre Caz Festivalında Azərbaycan da təmsil olunacaq.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər