Hal-hazırda Ayna qəzetinin 04.07.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 04.07.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Mədəniyyət  
 
 
Aysel Tarkanla duet oxumaq istəyir
Aysel Tarkanla duet oxumaq istəyir
Müğənni bunu Türkiyədə keçirdiyi mətbuat konfransında açıqladı
Şənbə, 04.07.2009

Z.Rəhimqızı mətn ölçüsü  

"Eurovision-2009"un 3-cüsü olan Aysel Teymurzadənin turnesi davam edir. Bu həftənin çərşənbə axşamı "Məzun günü" ilə bağlı tədbirlərdə iştirak edən gənc sənətçi səhəri gün Türkiyəyə yola düşüb. O bir müddət əvvəl qonşu ölkənin "TRT" dövlət telekanalından aldığı təklifi dəyərləndirmək üçün səfərə çıxıb. Layihəyə başlamazdan əvvəl Türkiyənin məşhur otellərindən birində onun mətbuat konfransı keçirilib. Türk mətbuatının yazdığına görə, Aysel medianı maraqlandıran sualları cavablandırmaq üçün ilk öncə özü haqqında geniş məlumat verib.

Müğənni 4 yaşından mahnı oxumağa başladığını və kiçik yaşlarından musiqi təhsili aldığını bildirib. O, türkiyəli KİV mənsublarına "Yeni ulduz" müsabiqəsində oxuduğundan da danışıb. O, sənət həyatının "Eurovision-2" yarışmasından sonra dəyişdiyini bildirib. Müsabiqədən sonra ölkə başçısının xanımı ilə görüşdüyündən danışan Aysel Teymurzadə Azərbaycana bu sevinci yaşatdığı üçün özünü xoşbəxt hiss etdiyini vurğulayıb.

Söhbətin davamında Türkiyədə ilk dəfə səfərdə olduğunu vurğulayan həmyerlimiz bəyəndiyi sənətçilərin adlarını çəkib. Onun siyahısında Tarkan, Kənan Doğulu, Rafet El Roman, Ebru Gündeş adları olub. Dünya musiqiçiləri sırasında isə o, Maykl Cekson, Uitni Hyüston, Meray Kerri və Beyonsu dinlədiyini söyləyib.

Türkiyə ilə bağlı arzularından söz açan Aysel Tarkanla duet oxumağı arzulayıb. Xatırladaq ki, "Eurovision" başa çatandan bir neçə gün sonra Tarkanın Türkiyədə konserti təşkil olunmuşdu və o, səhnəni Aysellə paylaşmaq istədiyini bildirmişdi. Lakin həmin tarixdə Ayselin əvvəlcədən planlaşdırılmış səfəri olduğundan onların birgə çıxışı həllini tapmamışdı. Aysel əməkdaşlığın həyata keçmə istəyini dilə gətirərək Tarkanın da bu arzuda olduğuna inandığını söyləyib. "TRT" ilə layihəsinə tezliklə start veriləcəyini deyən Aysel bu məqsədlə Türkiyəyə sıx səfərlərinin olacağını bildirib.





Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
Alim Qasımov yenidən Məcnun olmaq istəyir
Xanəndə bu məşhur operaya yeni nəfəs gətirmək arzusuna düşüb

Aktyorların yaradıcılığı elektron layihədə əksini tapacaq
Həmidə Ömərova belə bir sayt yaradır

İlhamə Quliyeva xeyirxah pəri obrazında
Sənətçinin tərəf-müqabilləri azyaşlılardır

"Azərbaycan incəsənəti dünya muzeylərində"
AMEA Memarlıq və İncəsənət İnstitutu bu adda toplu nəşr etdirib

Lalə Məmmədova: "Mən mahnılarımı tək deyil, yoldaşım - məsləhətçimlə seçirəm"
"O mənim mahnılarımın ilk dinləyicisidir. Amma deyim ki, son söz hər zaman mənim olur, axı mahnıları mən ifa edirəm"

Natəvan Həbibi konsert verməyəcək
Müğənni baş tutmayan konsertinə Zamiqə görə razılıq verdiyini deyir

Nisə Qasımova 2 ay "Xoşvaxt olun" deməyəcək
Müğənni proqramına fasilə verdi

"Yaprak dökümü"nün qəhrəmanı əvvəl imtahan verəcək, sonra evlənəcək
O, sevgilisi Özcan Dənizlə filmdə çəkiləcək

Polad Bülbüloğlu ifa etdiyi xalq mahnılarının simfonik variantı üzərində işləyir
Bəstəkarın baleti ölkələr gəzir

Röyanın səhhəti pisləşib
Müğənni həkimin rəyinə əməl etməyib

"Şeron" qrupu bir daha dağılmayacaq
Qrupun üzvləri söz verdilər

Yalçın Rzazadə "Acıbadem" klinikasına yerləşdirildi
Ürəkdə əməliyyat gələn həftəyə təyin olunub

Angelina Coli və Cennifer Aniston savaşı
Birinci xanım rəqibini üstələdi

Milli teatr Türkiyə səfərindən qayıtdı
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı Türkiyənin 4 şəhərində qastrol səfərindən qayıdıb.

Bakıda V müəllif mahnıları festivalı keçiriləcək
Bakıda V Müəllif Mahnıları Festivalı keçiriləcək.

Moskvada Azərbaycan Mədəniyyəti günləri başa çatıb
Bu həftə Moskvada başlayan Azərbaycan Mədəniyyət günləri başa çatıb.

Azərbaycanlı musiqiçilər caz festivalında çıxış edəcəklər
İyulun 3-dən 18-dək İsveçrədə 43-cü "Montre Caz Festivalı" keçiriləcək. Müsabiqənin rəsmi internet saytının yazdığına görə, beynəlxalq Montre Caz Festivalında Azərbaycan da təmsil olunacaq.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


Şevardnadze demoqrafik situasiyadan narahat olub

Şevardnadze demoqrafik situasiyadan narahat olub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər