Hal-hazırda Ayna qəzetinin 04.07.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 04.07.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Mədəniyyət  
 
 
Alim Qasımov yenidən Məcnun olmaq istəyir
Alim Qasımov yenidən Məcnun olmaq istəyir
Xanəndə bu məşhur operaya yeni nəfəs gətirmək arzusuna düşüb
Şənbə, 04.07.2009

Xatun mətn ölçüsü  

Son günlər "İlahi" adlı yeni mahnısı ilə musiqi zövqümüzü təzələyən xalq artisti Alim Qasımov bir sıra yeniliklər iddiasındadır. Bu mahnı xanəndənin rok janrında göstərə biləcəyi imkanlarını açdı. Əvvəlcə bu üslubda oxumaqdan ehtiyat edən A.Qasımov sonradan fikrində yanıldığını başa düşüb. O, azanla başlayan həzin musiqini sonda muğamla yekunlaşdırır. Alim Qasımovun vəd etdiyi kimi "İlahi"yə klip çəkiləcək. Ümumiyyətlə isə, xanənədənin yaxın aylar üçün planları genişdir.

Onun ənənəvi səfər proqramları bu yay daha sıx olacaq. Eyni zamanda, Alim Qasımov çoxdan vəd etdiyi "Leyli və Məcnun" operasını öz ampluasında təqdim etməyi qarşıya məqsəd qoyub. Vaxtilə Opera və Balet Teatrında Səkinə İsmayılova, Qəndab Quliyeva, Mələkxanım Əyyubova kimi muğam ifaçıları ilə bir səhnədə oxuyan Alim Qasımov artıq yaşının Məcnuna uyğun olmadığını etiraf edir. Lakin o, fərqli səs imkanları ilə operaya yeni nəfəs gətirəcəyinə inanır. Eyni zamanda düşünmür ki, bunu opera teatrında sərgiləməlidir: "İlin bütün ayını, demək olar, səfərlərdə oluram. İnsanlar üçün mənim yerdə oturub oxumağım maraqlıdır. Lakin bu da nə vaxtsa özəlliyini itirə biləcək. İstəyirəm, başıma topladığım geniş kollektivlə birlikdə "Leyli və Məcnun"a öz aspektimizdən yanaşaq. Mini tamaşa şəklində hazırlanması planlaşdırılan əsərin sonradan tənqidə tuş gəlməməsi üçün bütün məqamlara diqqətlə yanaşırıq".

Xanəndə əlavə edir ki, Məcnunu oynamaq üçün ifaçıda kifayət qədər potensial varsa, bunu sərgiləməlidir. Tamaşadan söz düşmüşkən, ötən ayların birində Opera və Balet Teatrına dəvət olunan yeni ifaçıların eyni tamaşada debütünü müsbət qiymətləndirir. O, tamaşaya baxmasa da, ifaçıların istedadları barədə xəbərdar olduğunu bildirdi: "Son illər xanəndəlik, ümumiyyətlə, musiqi sənətinə maraq çox artıb. Vaxt vardı, təsadüfi insanların meydan oxuduğu barədə tənqidi fikirlər səslənirdi. Lakin mənim müşahidələrim bunun əksini deyir. Düzdür, sənətdə təsadüfi insanlar var və bunlar az deyil. Lakin istedadlar o qədərdir ki, onlar özəlliklə muğam sənətində istedadsızları kölgədə qoyublar. Bunun üçün narahat olmağa dəyməz".

Lakin xanəndə gənc həmkarlarının repertuarı barədə elə də xoş fikirlər söyləmədi. Onun fikrincə, xanəndələr ağır muğamlara bir o qədər yaxın gəlmirlər: "Qəliz və çətin muğamlar oxumaları məsləhətdir. Çünki asan işin öhdəsindən hər kəs gələr. Mən böyük səhnədə ilk addımlarımı atandan "Simayi-şəms", "Çahargah" və s. oxuyurdum. Bizim tarixə düşən xanəndələrin, demək olar, hamısı çətin muğamlara imza atıb. Hətta bu gün onların adlarının qarşısında həmin muğamların adları çəkilir".



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
Aysel Tarkanla duet oxumaq istəyir
Müğənni bunu Türkiyədə keçirdiyi mətbuat konfransında açıqladı

Aktyorların yaradıcılığı elektron layihədə əksini tapacaq
Həmidə Ömərova belə bir sayt yaradır

İlhamə Quliyeva xeyirxah pəri obrazında
Sənətçinin tərəf-müqabilləri azyaşlılardır

"Azərbaycan incəsənəti dünya muzeylərində"
AMEA Memarlıq və İncəsənət İnstitutu bu adda toplu nəşr etdirib

Lalə Məmmədova: "Mən mahnılarımı tək deyil, yoldaşım - məsləhətçimlə seçirəm"
"O mənim mahnılarımın ilk dinləyicisidir. Amma deyim ki, son söz hər zaman mənim olur, axı mahnıları mən ifa edirəm"

Natəvan Həbibi konsert verməyəcək
Müğənni baş tutmayan konsertinə Zamiqə görə razılıq verdiyini deyir

Nisə Qasımova 2 ay "Xoşvaxt olun" deməyəcək
Müğənni proqramına fasilə verdi

"Yaprak dökümü"nün qəhrəmanı əvvəl imtahan verəcək, sonra evlənəcək
O, sevgilisi Özcan Dənizlə filmdə çəkiləcək

Polad Bülbüloğlu ifa etdiyi xalq mahnılarının simfonik variantı üzərində işləyir
Bəstəkarın baleti ölkələr gəzir

Röyanın səhhəti pisləşib
Müğənni həkimin rəyinə əməl etməyib

"Şeron" qrupu bir daha dağılmayacaq
Qrupun üzvləri söz verdilər

Yalçın Rzazadə "Acıbadem" klinikasına yerləşdirildi
Ürəkdə əməliyyat gələn həftəyə təyin olunub

Angelina Coli və Cennifer Aniston savaşı
Birinci xanım rəqibini üstələdi

Milli teatr Türkiyə səfərindən qayıtdı
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı Türkiyənin 4 şəhərində qastrol səfərindən qayıdıb.

Bakıda V müəllif mahnıları festivalı keçiriləcək
Bakıda V Müəllif Mahnıları Festivalı keçiriləcək.

Moskvada Azərbaycan Mədəniyyəti günləri başa çatıb
Bu həftə Moskvada başlayan Azərbaycan Mədəniyyət günləri başa çatıb.

Azərbaycanlı musiqiçilər caz festivalında çıxış edəcəklər
İyulun 3-dən 18-dək İsveçrədə 43-cü "Montre Caz Festivalı" keçiriləcək. Müsabiqənin rəsmi internet saytının yazdığına görə, beynəlxalq Montre Caz Festivalında Azərbaycan da təmsil olunacaq.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər