Hal-hazırda Ayna qəzetinin 04.07.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 04.07.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Cəmiyyət  
 
 
Fərda Qədirov metroda terror aktı törətmək istəyirmiş
Fərda Qədirov metroda terror aktı törətmək istəyirmiş
Onun ehtimali planları barədə metro kameralarından yeni faktlar aşkarlanıb
Şənbə, 04.07.2009

Tural Ağatlı mətn ölçüsü  

Aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) terror aktı törədən Fərda Qədirov qanlı əməlini öncə metroda reallaşdırmaq fikrində olub. Lakin metropolitendəki ciddi nəzarət onu fikrini dəyişməyə vadar edib. Bu barədə dünən keçirdiyi mətbuat konfransında Bakı Metropoliteninin rəisi Tağı Əhmədov məlumat verib.

ADNA-ya silahlı basqın edən Fərda Qədirovun törətdiyi cinayət hadisəsinin izinin Bakı metrosunun kameralarından tapıldığını deyən metropoliten rəisinin sözlərinə görə, onun neçə dəfə metroya girdiyi və nəyə cəhd etdiyi kameralarda öz əksini tapıb. "Fərda Qədirov, çox güman ki, metroda terror aktı törətmək istəyində olub. Lakin metroda terror törədə bilməyəcəyini başa düşüb və bu fikrindən daşınıb", - deyə Tağı Əhmədov bildirib.

Fərda Qədirovun ADNA-da yaşanan olaydan əvvəlki iki gün ərzində metrodan istifadə etmədiyini qeyd edən rəisin bildirdiyinə əsasən, hadisədən sonra cinayətkarın cibindən tapılan metro kartı vasitəsilə onun hansı stansiyaya girib-çıxdığı məlum olub. Lakin həmin stansiyaların adını açıqlamayıb.

Rəis deyib ki, Bakı Metropolitenində təhlükəsizlik yüksək səviyyədə qorunur. Vaqonlarda təhlükəsizliyin təmini və nəzarəti gücləndirmək üçün iyulun 1-dən etibarən 16 yeni ştat açılıb. Metropolitenin hər bir nöqtəsi videokameralarla izlənilir. Yalnız vaqonlarda videokameralar yerləşdirilməyib. Təzə yaradılan ştatlar üzrə yeni işə götürülən əməkdaşlar vaqonlarda nəzarəti həyata keçirəcəklər.

Metropoliten rəisi sözlərinə əlavə edib ki, gələcəkdə vaqonlarda da xüsusi videokameralar quraşdırılacaq və onların vasitəsilə içəridəki vəziyyəti tam müşahidə etmək mümkün olacaq. Əvvəllər metroda videokameralarla çəkilişlər 10 gün müddətində saxlanılırdısa, bundan sonra həmin çəkilişlər arxivləşdiriləcək. Metroda baş verə biləcək bütün hadisələrin kim tərəfindən və necə törədildiyini bu yeni sistem vasitəsilə müəyyənləşdirmək mümkün olacaq.

Tağı Əhmədov hesab edir ki, Neft Akademiyasında yaşanan faciəli hadisə metronun hansısa stansiyasında da baş verə bilərdi, çünki metroda həmişə qələbəlik olur: "Ona görə də cinayətkar metrodan bir neçə dəfə istifadə edib, görüb ki, planlaşdırdığı cinayəti metroda törətmək mümkün olmayacaq. İstər metroda polisin sayıqlığı, istərsə də kameraların olması səbəbindən öz planlarını başqa səmtə yönəldib və belə bir qanlı olayı törədib".

Metropoliten rəisi təhlükəsizliyin təmin olunmasını asan məsələ saymır. Onun sözlərinə görə, stansiyalarda polis qüvvəsi çox olsa da, gündəlik metrodan istifadə edən 750 min sərnişinə nəzarət qeyri-mümkündür. Bu baxımdan belə hesab edir ki, son anda yenə də sərnişinlər özləri bir-birlərinə nəzarət etməlidirlər.

Tağı Əhmədov metropolitenlə bağlı digər təfsilatlara da aydınlıq gətirib. Stansiyaların giriş-çıxışlarında yerləşən ticarət obyektlərinin fəaliyyətinə toxunan rəis onların bağlanmayacağını bildirib. Onun sözlərinə görə, həmin ticarət obyektlərinin fəaliyyətinə, sadəcə, metroda gediş haqqı bahalaşdığı zaman son qoyula bilər. Yəni metroda gediş haqqı qaldırılmayanadək giriş-çıxışlardakı ticarət obyektləri yığışdırılmayacaq: "17 ildir metroda gedişin qiyməti cəmi 5 qəpikdir. Bu da metropolitenin heç bir xərcini ödəmir. Həmin səbəbdən də metropoliten rəhbərliyi keçidlərdəki fərdi ticarət obyektlərini oralardan yığışdırmaq fikrində deyil. Metropoliten hər ay öz ərazisindəki obyektlərdən 60 min manat gəlir götürür. Eyni zamanda, ticarət obyektləri sərnişinlərin gediş-gəlişinə heç bir əngəl törətmir".



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Yarış davam edir

Bölmənin digər xəbərləri
 
Mərasimləri tənzimləməyin yolu tapılmır
Hadı Rəcəbli deyir ki, vaxt gələcək qeyri-ənənəvi cinsi orientasiyaya malik insanlarla da bağlı qanun qəbul etmək lazım gələcək

Bakının qurtuluşunun 91-ci ildönümü yaxınlaşır
Tədbirlər proqramı açıqlandı. Nuru paşanın abidəsi kimi ağrılı bir mövzu da xatırlandı

Bunlar hər müəllifin yaza bilmədiyi təfsilatlardır
Polkovnik İlqar Quliyevin yeni kitabında MTN-nin uğurlu əməliyyatlarından da söz gedir

Rus dilindən imtina nə vəd edir?
Rus dili faktorundan cəmiyyətin tərəqqisində istifadə etmək faydalı olmazmı?

Gəncə orta məktəbində dərs saatı satılır?
Konflikt TN və korrupsiya ilə mübarizə qurumu tərəfindən araşdırılır

Ali məktəblərə qəbul imtahanının son qaydaları açıqlandı
TQDK rəsmisi: "Bu il III qrup üzrə 35772 abituriyent ərizə təqdim edib"

Çimərliklərimizin çoxu çimməklik deyil
Onların barəsində acı həqiqətlə tanışlıq pis olmazdı



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


Şevardnadze demoqrafik situasiyadan narahat olub

Şevardnadze demoqrafik situasiyadan narahat olub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər