Hal-hazırda Ayna qəzetinin 04.07.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 04.07.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Cəmiyyət  
 
 
Gəncə orta məktəbində dərs saatı satılır?
Konflikt TN və korrupsiya ilə mübarizə qurumu tərəfindən araşdırılır
Şənbə, 04.07.2009


Gülnur Raqifqızı, Gəncə Media Mərkəzi
mətn ölçüsü  

Gəncənin 6 saylı orta məktəbinin bir neçə müəllimi iddia edir ki, bu təhsil müəssisəsinin direktoru dərs saatlarını onlara pulla satır, bu vəziyyətə etiraz edənlərsə Təhsil İdarəsi tərəfindən töhmət alır. Həmin məktəbdə 24 ildir müəlliməlik təcrübəsi olan İradə Qədimova iddia edir ki, mütəmadi rüşvət verməkdən təngə gəlib: "Dərsin haqqı var, onu versəm, direktor mənə dərs saatı verər. Tək qadınam hardan alım ona haqq verim ki, mənə dərs versin".

Məktəbin digər bir müəlliməsi Məhəbbət Tapdıqova isə deyir ki, dərs saatları ilə yanaşı, direktor Vəfa Abbasova ondan "maarif"ə pul keçirmək üçün hər ay 10 manat pul ödəməsini tələb edir: "Direktor Vəfa Abbasovaya 100 dollar rüşvət verdikdən sonra o mənə 6 saat dərs vermişdi. İndi pul vermirəm deyə mənə dərs saatı vermir. Hələ məni təhqir də edir. Ali təhsilli ibtidai sinif müəlliməsiyəm, mənə dedi ki, sənin verdiyin pulu "maarif müdiri"nə, inspektorlara verirəm. Məktəbdə hamıdan alır, elə müəllim ola bilməz ki, əlini Qurana basa ki, mən pul vermirəm, amma qorxurlar. Tələbimiz budur ki, bu direktor barədə bir ölçü götürülsün və bütün direktorlara dərs olsun".

Direktorlarının onlardan rüşvət tələb etməsindən narazı olan müəllimlər Təhsil Nazirliyinə, Şəhər Prokurorluğuna və Respublika Prokurorluğu yanında Baş Korrupsiya ilə Mübarizə İdarəsinə şikayət ediblər. Deyirlər ki, onların məktəbin direktoru Vəfa Abbasovadan şikayətlərinə baxılmır, əksinə, təhsil idarəsi onlara töhmət verir.

Məsələyə münasibət bildirən 6 saylı orta məktəbin direktoru Vəfa Abbasova deyir ki, həmin müəllimələr peşəkar deyillər, danışdıqları isə böhtandır.

"Təhsil İdarəsi də, Bakıdan gələn komissiya da araşdırmalar aparıb, onların şikayətləri əsassızdır. Dərs yoxdur, ona görə də onlar qərəzli mövqe tutaraq böhtan atırlar. Özlərinin də iş fəaliyyəti araşdırılıb, bir neçəsi peşəkar olmadığına görə töhmət alıb".

Gəncə şəhər Təhsil İdarəsinin rəis müavini İsmayıl İsmayılov 6 nömrəli orta məktəbin müəllimləri və direktor arasında olan konflikti dərs saatlarının az olması ilə əlaqələndirir. O deyir ki, həmin məktəb üzrə cəmi 60 dərs saatı, 21 ibtidai sinif müəlliməsi var. Digər ittihamlar isə Respublika Prokurorluğu yanında Baş Korrupsiya ilə Mübarizə İdarəsi tərəfindən hələ araşdırılır.

Gəncədə digər təhsil müəssisələrindən də rüşvət sədası gəlir. İşlədiyi məktəbin və öz adının çəkilməsini istəməyən müəllimə deyir ki, onlardan hər ay pul tələb olunur.

"Aprel ayında müəllimlərin əməkhaqlarına 15-20 manat mükafat yazıldı, sonra isə dedilər kimə ki 20 manatdan çox pul yazılıb üstünü də düzəldin gətirin 30 manat verin. Nəyə görə dövlət tərəfindən verilən hədiyyə əlimizdən alınır?"

Hər iki təhsil müəssisəsinin müəllimləri Təhsil Nazirliyinə müraciət ediblər və pozulmuş hesab etdikləri hüquqlarının bərpa olunacağını gözləyirlər.





Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Rus dilindən imtina nə vəd edir?

Zabit və əsgərlərin məhkəməsi başlayıb

Bölmənin digər xəbərləri
 
Mərasimləri tənzimləməyin yolu tapılmır
Hadı Rəcəbli deyir ki, vaxt gələcək qeyri-ənənəvi cinsi orientasiyaya malik insanlarla da bağlı qanun qəbul etmək lazım gələcək

Bakının qurtuluşunun 91-ci ildönümü yaxınlaşır
Tədbirlər proqramı açıqlandı. Nuru paşanın abidəsi kimi ağrılı bir mövzu da xatırlandı

Bunlar hər müəllifin yaza bilmədiyi təfsilatlardır
Polkovnik İlqar Quliyevin yeni kitabında MTN-nin uğurlu əməliyyatlarından da söz gedir

Rus dilindən imtina nə vəd edir?
Rus dili faktorundan cəmiyyətin tərəqqisində istifadə etmək faydalı olmazmı?

Fərda Qədirov metroda terror aktı törətmək istəyirmiş
Onun ehtimali planları barədə metro kameralarından yeni faktlar aşkarlanıb

Ali məktəblərə qəbul imtahanının son qaydaları açıqlandı
TQDK rəsmisi: "Bu il III qrup üzrə 35772 abituriyent ərizə təqdim edib"

Çimərliklərimizin çoxu çimməklik deyil
Onların barəsində acı həqiqətlə tanışlıq pis olmazdı



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər