Hal-hazırda Ayna qəzetinin 04.07.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 04.07.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Cəmiyyət  
 
 
Rus dilindən imtina nə vəd edir?
Rus dilindən imtina nə vəd edir?
Rus dili faktorundan cəmiyyətin tərəqqisində istifadə etmək faydalı olmazmı?
Şənbə, 04.07.2009


Nüşabə Fətullayeva, Gəncə Media Mərkəzi
mətn ölçüsü  

Bizdə rus dilinin arealı daraldıqca bu prosesin tədris, elm və mədəni inteqrasiya sahəsində neqativ nəticələr verəcəyi narahatlıq doğurmağa başlamışdır. İlk baxışdan sadə və məntiqi görünən bir proses gedir: Azərbaycanda dövlət dilindən başqa, digər hər hansı dilə imtiyaz tanınmır və onların hamısı xarici dil sayılır. Bu tendensiya, əlbəttə, ilk növbədə cəmiyyətimizdə ənənəvi yeri olan rus dilinə daha ciddi təsir göstərəcək. Amma bu məntiqi prosesin bizə xeyirdən çox zərəri olacağını anlamaq heç də dərin təfəkkür tələb etmir.

Təhsildən başlayaq. Orta məktəblərdə rus dili fənninin tədris saatının xeyli azaldılacağı haqda fikirlər nə müddətdir səslənirdi. Yeni tədris ilindən isə rus dili artıq sərbəst fənn kimi yox, yalnız xarici dil statusunda tədris olunacaq. Rus dilini tədris etmiş xeyli müəllim bu səbəbdən ixtisasını dəyişib. Bu hələ hamısı deyil, konkret olaraq Gəncədə 170 rus dili müəlliminin ixtisarı gözlənir. Bu proses bütün ölkədə həyata keçirilir.

Müəllimlər seçim qarşısında: ya ixtisası dəyişmək, ya da iş yerini itirmək

Rəmziyyə Babayeva 20 ildən çoxdur rus dilini tədris edib. Lakin işini itirmək təhlükəsi ilə üzləşdikdən sonra bir çox həmkarı kimi o da ixtisasını dəyişmək məcburiyyətində qalıb.

"Yeni ixtisasın tədrisi mənə, 20 ildir şagirdlərə rus dilini öyrədən adama çox ağırdır. Amma nə etməli? Məcburam, yeni fənni keçmək üçün çalışım" - Rəmziyyə Babayeva başqa çıxış yolu olmadığından təəssüflənir. Digər rus dili müəllimi Əsmayə Məmmədova ixtisasını dəyişmədiyindən ixtisara düşüb: "Əvvəla, ixtisası dəyişmək haqda sənəd rüşvətlə, 500 manata başa gəlir. İkincisi, mənim artıq 50-dən çox yaşım var. İnnən belə hansı fənni öyrənə bilərəm? Çətin məsələdir. Neçə illərin müəllimləri bax belə bir tələblə üzləşiblər.

REKLAM

Gedib yaxşı bilmədiyim fənni tədris edib şagirdin qarşısında utanmaqdansa, evdə iki şagird hazırlamaq mənim üçün daha yaxşıdır".

Gəncə Dövlət Universiteti rus dili kafedrasının müdiri Elmira Heydərova deyir ki, məktəblərdə rus dili fənninin tədris saatlarının ixtisarı bu fakültədə təhsil alan tələbələri təşvişə salıb; onlar artıq ixtisaslarını dəyişməyə can atırlar və belə gedərsə, gələcəkdə rus dilini tədris edən gənc kadrlar yetişməyəcək: "Mən bunu çox böyük problem sayıram. Vaxt gələcək, rus dili fənni üzrə kadrların yetişməməsi böyük çətinliklər yaradacaq. Formal xarakter daşıyan ixtisasartırma kurslarını keçməklə heç bir müəllim qısa zamanda qeyri-ixtisas fənnini mənimsəyə və keyfiyyətlə tədris edə bilməz".

Rus dilini bilməmək hansı problemlər yaradacaq?

Günay Məmmədova Azərbaycan Dövlət Tibb Universitetində təhsil alır. O deyir ki, kurs işinin mövzuları, imtahana düşən sualların çoxunun cavabları rusdilli ədəbiyyatdadır. Lakin tələbələrin çoxu kimi o da rus dilini bilmədiyindən problemlə üzləşir.

Aydın Həmzəyev isə Gəncə Dövlət Universitetində oxuyur. Onun sözlərinə görə, müəllimlər ona yalnız rus dilində olan dərsliklərdən faydalanmağı tövsiyə edirlər. Çünki azərbaycanca dərsliklər azdır. Tələbələrlə söhbət zamanı o da məlum oldu ki, onların ən böyük problemlərindən biri elə mövzuya aid Azərbaycan dilində dərslik qıtlığı, rus dilini isə bilmədikləridir.

600 mindən artıq fondu olan Gəncə Şəhər Mərkəzi Kitabxana sistemindəki kitabların 60 faizini rusdilli ədəbiyyat təşkil edir. Komplektləşdirmə və kitabxanaçılıq şöbəsinin müdiri Gülnaz İsgəndərova deyir ki, kitabxanada elmi ədəbiyyat əsasən rus dilindədir. Şəhərin müxtəlif ali və orta təhsil müəssisələrində oxuyan tələbələr kitabxanaya müraciət edir, lakin kitablar rus dilində olduğundan və gənclər artıq bu dili lazımi səviyyədə bilmədiklərindən bu ədəbiyyatdan yararlana bilmirlər.

"Müraciət edənə biz istədiyi mövzuya aid kitab tapıb veririk. Amma rus dilində olduğundan müraciətçi dərslikdən istifadə edə bilmir. Çarəsiz halda soruşur ki, bəlkə, bu kitabı Azərbaycan dilinə tərcümə edən ola? Tələbələrdən başqa, bizim kitabxanaya elmi işçilər də gəlirlər. Kitabxananın informasiya mərkəzində internetlə öz mövzularına aid axtarışlar verirlər. Amma elmi mənbələrin çoxu rus dilindədir. Təbii ki, bu dili bilməyənlər həmin bilikləri mənimsəyə bilməzlər" - Gülnaz İsgəndərova gün ərzində 4-5 dəfə bu cür halla rastlaşdığını söyləyir.

Rus sektorunu bitirənlər ixtisas seçə bilmirlər

Aysel Gəncə şəhər 11 saylı orta məktəbi bu il bitirib. Lakin ali məktəbə qəbul imtahanına cəmi 1 ay qalmasına baxmayaraq o özünə hələ də ixtisas seçə bilmədiyini deyir.

"Gəncənin ali təhsil müəssisələrində rus dilində olan fakültələri azaldıblar. Mən humanitar sahə üzrə hazırlaşdığıma görə işimi yalnız Gəncə Dövlət Universitetinə verə bilərdim. Lakin həmin universitetdə rus dilində tədrisi olan yalnız bir fakültə var. Ora da qəbul hər dörd ildən bir keçirilir. Valideynlərim Bakıda oxumağıma razı olmadıqlarından nə edəcəyimi bilmirəm". Ayselin bəzi sinif yoldaşları da bu problemlə üzləşib.

"Azərbaycan cəmiyyətində rus dili yalnız xarici dil kimi qəbul edilməməlidir"

MEA Gəncə Regional Elmi Mərkəzinin direktoru Fuad Əliyev deyir ki, fundamental elmi ədəbiyyatın əksəriyyəti ruscadır, bu səbəbdən müəllimlərin daha çox bu dildə dərslik tövsiyə etməsi təbiidir. O qeyd edir ki, savadlı kadrların yetişməsi üçün rus dilini bilmək zəruri şərtlərdən biridir: "O vaxtlar rus dilində nəşr edilən elmi jurnallar çox populyar idi. Elmi nailiyyətlərindən, yeni ixtiralardan, elmi yeniliklərdən bu nəşrlər vasitəsilə xəbər tuta bilirdik. Bu gün isə Elmi Mərkəz təcrübəçiyə elmi iş üçün mövzu verdikdə onlar rus dilini bilmədiklərindən mövzunu yaza bilmirlər. Bilikləri artırmaq, yeniliklərdən xəbərdar olmaq gələcəkdə yaxşı alim kimi yetişməyin əsas şərtlərindən biridir.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1 - 2
Oxşar xəbərlər:

Gəncə orta məktəbində dərs saatı satılır?

Zabit və əsgərlərin məhkəməsi başlayıb

Bölmənin digər xəbərləri
 
Mərasimləri tənzimləməyin yolu tapılmır
Hadı Rəcəbli deyir ki, vaxt gələcək qeyri-ənənəvi cinsi orientasiyaya malik insanlarla da bağlı qanun qəbul etmək lazım gələcək

Bakının qurtuluşunun 91-ci ildönümü yaxınlaşır
Tədbirlər proqramı açıqlandı. Nuru paşanın abidəsi kimi ağrılı bir mövzu da xatırlandı

Bunlar hər müəllifin yaza bilmədiyi təfsilatlardır
Polkovnik İlqar Quliyevin yeni kitabında MTN-nin uğurlu əməliyyatlarından da söz gedir

Gəncə orta məktəbində dərs saatı satılır?
Konflikt TN və korrupsiya ilə mübarizə qurumu tərəfindən araşdırılır

Fərda Qədirov metroda terror aktı törətmək istəyirmiş
Onun ehtimali planları barədə metro kameralarından yeni faktlar aşkarlanıb

Ali məktəblərə qəbul imtahanının son qaydaları açıqlandı
TQDK rəsmisi: "Bu il III qrup üzrə 35772 abituriyent ərizə təqdim edib"

Çimərliklərimizin çoxu çimməklik deyil
Onların barəsində acı həqiqətlə tanışlıq pis olmazdı



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər