Hal-hazırda Ayna qəzetinin 04.07.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 04.07.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Cəmiyyət  
 
 
Bakının qurtuluşunun 91-ci ildönümü yaxınlaşır
Bakının qurtuluşunun 91-ci ildönümü yaxınlaşır
Tədbirlər proqramı açıqlandı. Nuru paşanın abidəsi kimi ağrılı bir mövzu da xatırlandı
Şənbə, 04.07.2009

U.İsmayıl mətn ölçüsü  

Bakının qurtuluşunun 91 illiyi ilə bağlı tədbirlər proqramına və bu mövzuda mətbuat yazıları müsabiqəsinə start verilir. Bunu dünən "Türkiyə Universitetləri Məzunları" ictimai birliyi "Trend" xəbər agentliyində keçirdiyi mətbuat konfransında açıqladı. "Nuri paşanın komandanlığındakı Türk-İslam Ordusunun Azərbaycana gəlişinin ildönümünü bizim təşkilat hər il qeyd edir, bu il həmin tarixi hadisənin 91 illiyidir və bizim təşkilat bunu daha geniş bir surətdə qeyd etməyə hazırlaşır. Tədbirlər Azərbaycanın bölgələrində və paytaxt Bakıda keçiriləcək. Göyçay şəhərindən başlayacağıq, bilirsiniz ki, Türk-İslam Ordusu ən çox bu bölgədə gedən döyüşlərdə şəhid vermişdir. Nuru paşanın ev-muzeyinin yerləşdiyi Gəncə şəhərində İcra Hakimiyyəti ilə birlikdə konfrans və axşam isə şəhərdə böyük bir konsert təşkil ediləcəkdir. Bu BDU-da böyük bir elmi konfrans və Yaşıl Teatrda böyük bir konsert təşkil etməklə yekunlaşacaq və bu tədbirdə yazı müsabiqəsinin qalibləri mükafatlandırılacaq", - deyə birliyin rəhbəri Cingiz Bayramov bilgi verdi.

Yazı müsabiqəsində çap mətbuatında dərc edilmiş yazılar iştirak edə bilər. Jurnalistlər üçün nəzərdə tutulmuş pul mükafatları çox deyil, 1-ci yer 150 manat, 2-ci yer 100 manat və 3-cü yer - 50 manat.

Sözügedən tarixin araşdırıcılarından olan Nəsiman Yaqublu dedi: "Mən istərdim ki, bu tarixi gün - sentyabrın 15-i yalnız media mənsubları tərəfindən xatırlanmasın. Bu mövzu daim gündəmdə olmalıdır. Mən bu hadisələr barədə araşdırmalar apararkən Nuri paşanın yaşı ilə maraqlandım. Bakını düşməndən xilas edəndə Nuri paşanın cəmi 29 yaşı vardı. Bu tarixi hadisəyə ən dəqiq təyini cümhuriyyətimizin qurucusu Məmməd Əmin Rəsulzadə verib: "Bakının qurtuluşu"".

Elan edilmiş müsabiqəyə gəldikdə, Nəsiman Yaqublu arzu etdiyini bildirdi ki, Cəfər Cabbarlının "Bakı müharibəsi", Mirzə Bala Məmmədzadənin "Bakı uğrunda mübarizə" pyeslərinin mətnləri tapılsın. Bu pyeslərin tamaşaları barədə o illərin mətbuatında yazılar gedib, mətnlər isə əldə yoxdur.

Yenə də ağrılı bir məsələyə toxunuldu: niyə Bakıda onun xilaskarına - Nuri paşaya abidə qoyulmur?.. Bakı prospektlərindən biri niyə onun adı ilə adlanmır. Heç olmasa, ona görə ki, Bakı xilas olunmasaydı, Azərbaycan dövləti tarix səhnəsində özünü təsdiq edə bilməyəcəkdi. Bu abidə məsələsinin indiyə qədər həllini tapmaması ən azı təəccüb doğurur.



 


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
Mərasimləri tənzimləməyin yolu tapılmır
Hadı Rəcəbli deyir ki, vaxt gələcək qeyri-ənənəvi cinsi orientasiyaya malik insanlarla da bağlı qanun qəbul etmək lazım gələcək

Bunlar hər müəllifin yaza bilmədiyi təfsilatlardır
Polkovnik İlqar Quliyevin yeni kitabında MTN-nin uğurlu əməliyyatlarından da söz gedir

Rus dilindən imtina nə vəd edir?
Rus dili faktorundan cəmiyyətin tərəqqisində istifadə etmək faydalı olmazmı?

Gəncə orta məktəbində dərs saatı satılır?
Konflikt TN və korrupsiya ilə mübarizə qurumu tərəfindən araşdırılır

Fərda Qədirov metroda terror aktı törətmək istəyirmiş
Onun ehtimali planları barədə metro kameralarından yeni faktlar aşkarlanıb

Ali məktəblərə qəbul imtahanının son qaydaları açıqlandı
TQDK rəsmisi: "Bu il III qrup üzrə 35772 abituriyent ərizə təqdim edib"

Çimərliklərimizin çoxu çimməklik deyil
Onların barəsində acı həqiqətlə tanışlıq pis olmazdı



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər